Ermənistan ordusunda qeyri-döyüş itkilərinə dair bəzi cinayət işləri yenidən qaldırılıb

2019/03/45645-1552980228.jpg
Oxunub: 1152     11:21     19 Mart 2019    
“Bu günlərdə ABŞ Dövlət Departamentinin yayımladığı Ermənistanda insan hüquqlarına aid illik hesabatda ordudakı ölüm hadisələrinə də yer verilib”.

Ordu.az xəbər verir ki, bu barədə Aravot.am saytına verdiyi müsahibəsində hüquq müdafiəçisi, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.

“Qeyri döyüş şəraitində ölən hərbi qulluqçuların ölüm hallarının yenidən araşdırılmasını tələb edən bir çox erməni əsgər ailələri silahlı qüvvələrin keçmiş Baş Qərargah rəisi Movses Hakobyanın ölüm faktlarının gizlədilməsində xüsusi fiqur olduğunu bildirirlər. 2010-cu ildən biz orduda baş verən ölüm hadisələrinin statistikasını nəşr edirik. İstintaq orqanı deyiləm ki, Movses Hakobyanın bu hadisələrlə bağlı əmr verib-vermədiyini deyim”, - deyə Sakunts qeyd edib.

Hüquq müdafiəçisi Janna Aleksanyan də bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin də hansı itkilər döyüş itkisi, hansılar isə qeyri-döyüş itkisi hesab olunur deyə dəqiq normativ və meyarları yoxdur. Həmin hesabat məruzədə qeyd edilir ki, mətbuatda yayılan məlumatlara əsasən hüquq-mühafizə orqanları qeyri-döyüş itkiləri ilə bağlı bəzi cinayət işlərini yenidən qaldırıblar.

Hüquq müdafiəçisi Avetik İşxanyan isə müsahibəsində bəzi cinayət işlərinin yenidən qaldırldığını təqsdiq etsə də, bu cinayət işlərinin gedişatı barədə məlumatı olmadığını bildirib. Söhbət, həmçinin məlum qara geyimli erməni əsgər analarının bəzilərinin övladlarından da gedir. Ancaq onların mətbuat vasitəsilə iddia etdiyi kimi, açılan cinayət işlərinin istintaqı üzrə heç bir irəliləyiş yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət   Ölüm  

Ermənistan ordusunda qeyri-döyüş itkilərinə dair bəzi cinayət işləri yenidən qaldırılıb

2019/03/45645-1552980228.jpg
Oxunub: 1153     11:21     19 Mart 2019    