Azərbaycanda meydana gəlmiş ilk dövlətlərdə hərb işinin təşkili - II Yazı

2019/03/5-6211919364.jpg
Oxunub: 1776     15:54     19 Mart 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

İbtidai icma quruluşunu əvəzləyən quldarlar cəmiyyətinin özünə yeni silahlı dəstələr formalaşdırdığına görə artıq əhalinin özü-özünə fəaliyyət göstərən silahlı təşkilatının yaşaması qeyri-mümkün idi. Çünki bir vaxtlar eyni cəmiyyətin bərabər hüquqlu üzvləri olan insanlar parçalanaraq barışmaz sinfi təbəqələrə bölünürdülər. Hakim sinfin mənafeyi bütün cəmiyyətin, xüsusən, qulların maraq və mənafeləri ilə üst-üstə düşmədiyindən bu maraqların qorunması üçün dövlətə tabe olan xüsusi silahlı dəstələr lazım idi. Bu dəstələr dövlət tərəfindən həm xarici, həm də daxili maraqların təmin edilməsində, o cümlədən xalqın özünə qarşı da istifadə edilirdi.

E.ə. II minilliyin əvvəllərində Urmiya gölü ətrafında bir sıra dövlətlər meydana gəldi. Lakin bu dövlətlər yenicə formalaşma prosesi keçirdiyindən elə də böyük qüdrətə malik deyildilər. Xüsusən, artıq formalaşıb regionda güclü dövlətə çevrilən Assuriyanın aramsız silahlı təcavüzünün qarşısını almaq üçün bu kiçik dövlətlərin qüvvəsi lazımi səviyyədə deyildi. Lakin buna baxmayaraq yazılı mənbələrdən adları məlum olan Zamua, Nikdiaranın (Mikdiaranın) "ölkəsi", Allabia "çarlığı", Gilzan dövləti və başqaları müstəqilliklərini qoruyub saxlaya bilmişdi.

Ölkələrin inkişaf etdirilib gücləndirilməsi üçün bu ərazilərdə təsərrüfata xüsusi diqqət yetirilir, müdafiə məsələlərinə böyük əhəmiyyət verilirdi. Bu dövrdə dəmirdən düzəldilmiş silahların sayı artır, atlardan hərbi işlərdə daha səmərəli istifadə edilməsinə cəhd göstərilirdi. Xarici təhlükənin qarşısını vaxtında almaq üçün bu dövlətlər arasında müəyyən əlaqələr də yaradılırdı. Bir vadidə yaşayan əhali onların başı üstünü almış və qonşu vadilər üçün də gözlənilə biləcək xarici basqınları bir-birinə yüksəklikdə yandırılmış tonqallar vasitəsilə xəbər verirdilər. Bu yolla 40 təhlükədən vaxtında xəbər tutan əhali müəyyən tədbirləri görürdü. Göclü döşmənə qarşı müqavimət göstərməyin mümkün olmadığını görəndə əhali mal-qaranı və məişət əşyalarını götürüb dağlara, keçilməz yerlərə çəkilir və bununla da müvəqqəti də olsa düşmən hücumlarından nicat tapırdı. Ancaq bu üsul heç də səmərəli üsul deyildi. Təsərrüfat inkişaf etdikcə adamların mülkiyyəti də genişlənir və sözsüz ki, hər düşmən hücumu zamanı bötön mölkiyyəti asanlıqla bir yerdən başqa yerə aparmaq mümkün olmurdu. Ona görə xırda dövlətlər yaşayış məskənlərinin möhkəmləndirilməsinə də xüsusi fikir verir, müdafiə divarları, iç qalaları olan şəhərlər tikirdilər. Xarici təcavüzdən yaxşı qorunmaq üçün möhkəmləndirilmiş iç qalaları olan şəhərlər tikilirdi.

Xarici təcavüzdən yaxşı qorunmaq üçün möhkəmləndirilmiş iç qalaları və mürəkkəb sistemli daxili tikintiləri olan və e.ə. 1000-800-cü illərə aid olan belə məskənlərdən biri Həsənli təpədən tapılıb. Urmiya gölünün cənub hissəsini əhatə edən, Zamua vilayətinə hücumların qarşısını almaq üçün Babit aşırımında müdafiə divarları tikilib. E.ə. 881-ci ildə Assur hökmdarı II Aşşurnasirapal Zamua üzərinə hücum edərkən burada zamualıların güclü müqavimətinə rast gəldi. Bəzi mənbələrin verdiyi məlumata görə Dağara vilayətinin tayfa başçısı Nur-Adad bütün Zamuanı və onun qonşu hissələrini öz ətrafında birləşdirərək müdafiə işinə rəhbərlik edib. İstilaçılara qarşı müharibədə Babit aşırımında tikilən müdafiə hasarlarına böyük ümidlər bağlansa da qüvvələr nisbətinin Assuriya tərəfində olması, həmçinn onların qaladağıdan və digər güclü silahlara və böyük hərbi təcrübəyə malik olması zamualıların müqaviməti kəsməsinə gətirib çıxardı. II Aşşurnasirapal Dağara vilayətini, Birutu, Uze və Laqalaqa qalalarını işğal etsə də yerli çarlara toxunmadı və onları taxtlarında saxlamaqla öz vassalına çevirdi. Öz vilayətinin xarici işğalçıların vassallığı altında qalması ilə heç cür razılaşa bilməyən Nur-Adad Assur qoşunlarının qonşu vilayətlərə hücumu vaxtı onlara qarşı üsyan qaldırdı. Heç şübhəsiz ki, bu üsyan zamanı geniş xalq kütlələri, zamualılar Nur-Adad ətrafında yenidən birləşdilər. Çünki Nur-Adad kifayət qədər gücə malik olmasaydı, qüvvətli Assuriya qoşunlarına qarşı müqavimət hərəkatına başlamazdı. Ancaq bu cəhd də müvəffəqiyyətsizliyə düçar oldu və Assuriya qoşunlarının müqavimətini qırmaq mümkün olmadı.

Bir il sonra, yəni 880-ci ildə II Aşşurnasirpal yenidən Zamuaya yürüş təşkil etdi. Görünür, əvvəlki hücum zamanı Assuriya hökmdarı zamualıların vassallığı qəbul edib itaət edəcəklərinə ümid bağlasa da heç də belə olmyıb, nəticədə zamualılar itaətdən çıxıblar. Yoxsa Zamua üzərinə yeni, böyük bir hücuma ehtiyac qalmazdı. Bu hücum zamanı zamualılara artıq Ameka rəhbərlik edirdi. Lakin, onların gücü hələ də Assuriya qoşunlarına müqavimət göstərmək üçün kifayət etmirdi. Zamualıların müstəqilliklərini qoruyub saxlamaq uğrunda göstərdikləri növbəti cəhd də istənilən nəticəni vermədi və Ameka əsir düşməmək üçün köhnə taktikadan istifadə edərək dağlara çəkildi. Assuriya hökmdarı sonrakı illərdə də ardıcıl olaraq Zamuaya yürüşlər edib və bu ölkənin topaqlarını öz ərazilərinə qatmağı bacarıb.

Urmiya gölü ətrafnda meydana gəlmiş çarlıqlardan təkcə Zamua deyil, digər çarlıqlar da xarici istilaçıların basqınlarına məruz qalırdılar. E.ə. 827-ci ildə Assuriyada vətəndaş müharibəsinin başlanması və bununla da dövlətin zəifləməsindən istifadə edən bölgənin başqa bir güclü dövləti olan Urartunun qoşunları Urmiya gölü ətrafında yerləşən Gilzan çarlığını işğal edərək onu Urartuya birləşdirdi.

(Ardı var...)
Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hərb-tarixi   Zamua  

Azərbaycanda meydana gəlmiş ilk dövlətlərdə hərb işinin təşkili - II Yazı

2019/03/5-6211919364.jpg
Oxunub: 1777     15:54     19 Mart 2019    