Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə naziri Levan İzoria bəyan edib.
Gürcüstanın NATO-ya qoşulmanı özünün siyasi kursu kimi mənimsədiyini xatırladan İzoriya, bunun ölkənin suveren hüququ olduğunu vurğulayıb. O bildirib ki, alyansa inteqrasiya Gürcüstanın demokratik inkişafının qarantıdır.
Nazir 2014-cü ildə NATO-nun Uels sammitində imzalanmış paktdan irəli gələn islahatlara davam edildiyini və bunların Gürcüstanı alyansa daha da yaxınlaşdırdığını ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az