Ermənistanda döyüş mövqelərinə çıxarılan polis özünü güllələyib - DETALLAR

2019/03/a3fb0-1552913503.jpg
Oxunub: 949     16:59     18 Mart 2019    
Ermənistanda döyüş mövqelərinə çıxarılan polis xidmətdən yayınmaq üçün özünü güllələyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda polis qoşunlarının qulluqçusu özünə xəsarət yetirməklə, xidmətdən yayınmağa cəhd edib.

2018-ci il sentyabrın 2-də saat 21:55 radələrində Hərbi İstintaq baş idarəsinin 6-cı qarnizon istintaq şöbəsinə Ermənistan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən məlumat daxil olub ki, həmin gün saat 21:00 radələrində hərbi hissənin müdafiə zolağında yerləşən döyüş mövqeyində rəqiblə baş verən qarşılıqlı atışma zamanı müşahidəçi olan polis qoşunlarının "N" nömrəli hərbi hissəsinin taqımlarından birinin atıcı snayperi sol çiyin nahiyyəsində odlu silah yarası alıb.

İstintaq idarəsindən verilən məlumata görə cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Cinayət işinə əsasən polis qoşunlarının qulluqçusu zərərçəkən hesab edilib. O verdiyi izahatında bildirib ki, 02.09.2018-ci il tarixdə saat 19:00-21:00 radələrində döyüş postunda müşahidəçi olduğu vaxt, saat 20:30 radələrində guya hərbi qulluqçumuz ön xətt mövqeyinə daxil olub və o, atışma zamanı sol çiyin nahiyəsindən yaralandığını hiss edib.

Xidmətlərinə görə polis rəisinin müvafiq əmri ilə medalla təltif edilib.

Lakin daha sonra araşdırma zamanı məlum olub ki, polis qulluqçusu özü-özünə, ona təhkim edilmiş snayper tüfəngi ilə odlu silahla xəsarət yetirib. Bununla müvəqqəti xidməti vəzifə borclarını yerinə yetirməkdən azad edilib.

Daha sonra saxta sübut, dəlillər formalaşdırılması məqsədilə mövqelərimizə qarşı ona təhkim edilən snayper tüfəngindən 12 dəfə atəş açıb. Əldə edilən sübutlar əsasında polis qoşunlarının əməkdaşına cinayət məcəlləsinin 3 maddəsi üzrə cinayət işi açılıb. Onun barəsində yaşayış yerini tərk etməməsinə dair qərar verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Polis   Güllələnmə  

Ermənistanda döyüş mövqelərinə çıxarılan polis özünü güllələyib - DETALLAR

2019/03/a3fb0-1552913503.jpg
Oxunub: 950     16:59     18 Mart 2019    