Ordu.az Gürcü KİV-lərinə istinadən xəbər verir ki, hərbi təlimlərin məqsədi Gürcüstan Silahlı Qüvvələrinin idarə və nəzarət imkanlarının gücləndirilməsi, həmçinin NATO və tərəfdaş ölkələrlə operativ əməkdaşlığı artırmaqdır.
Qeyd edə ki, təlimlər Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək. 343 hərbi və mülki heyətin qatılacağı təlimlər martın 29-a kimi davam edəcək.
Azərbaycanlı hərbçilər isə “NATO-Gürcüstan 2019” hərbi təlimlərinə martın 21-də qatılacaqlar.
Ağalar Ağalarlı
Ordu.az