Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

2019/03/0ac0f-1552885079.jpg
Oxunub: 6923     20:32     17 Mart 2019    
Bu gün, martın 17-də Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin yüksəldilməsi məqsədilə hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, eləcə də digər incəsənət kollektivlərinin, tanınmış müğənnilərin iştirakı ilə təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Açıq-qapı  


Bizi "telegram"da izləyin