Mərkəzi Zabitlər Evində vətənpərvərlik mövzusunda sərgi keçirilib

2019/03/ca0ef-4658202315.jpg
Oxunub: 262     14:00     16 Mart 2019    
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarını üzə çıxararaq nümayiş etdirmək, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə hərbi qulluqçular və onların ailə üzvləri, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edənlər sərginin hərbçilərin dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətindən danışıblar.

Sərgi rəsm əsərləri, rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq, maket və digər əl işləri üzrə sahələri əhatə edib. Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə tədbir iştirakçıları sərgiylə tanış olublar.

Sonda sərgidə sənət nümunələri nümayiş etdirilən yaradıcı iştirakçılara fəxri fərmanlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zabitlər-Evi   Sərgi  

Mərkəzi Zabitlər Evində vətənpərvərlik mövzusunda sərgi keçirilib

2019/03/ca0ef-4658202315.jpg
Oxunub: 265     14:00     16 Mart 2019    