Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meylli kursantların aşkar edilməsi, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştrakının təmin edilməsi olub.

Konfransda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Beş bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 75 kursant məruzə ilə çıxış edib. Konfransın yekununda iştrakçılara sertifikatlar təqdim olunub.
Ordu.az