“Ya Paşinyan torpaq qaytarmağa hazırlaşır, ya da yalan danışır” – Şarmazanov

2019/03/sharm-1552727240.jpg
Oxunub: 1383     13:10     16 Mart 2019    
“Aylar öncə Paşinyan parlamentdə çıxışlarında keçmiş hakimiyyətin yalnız torpaqların qaytarılması ilə bağlı danışıqlar apardığını və müvafiq sənədlər olduğunu bildirirdi. İndi danışıqlarda yeni sənədlər olmadığı məqamını nəzərə alaraq, belə güman etmək olar ki, ya Paşinyan özü torpaq qaytarmağa hazırlaşır, ya da yalan danışır. Qoy özü qərar versin”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq iqtidar partiyası olan Respublikaçılar partiyasının sözçüsü Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

Paşinyanın çıxışı mükəmməl olmamaqla yanaşı, bəzi hallarda narahat və təhlükəli tezisləri özündə əks etdirirdi. Baş verənlərə münasibət belədir.

“Sahakyan Qarabağın (qondarma qurum-red.) beynəlxalq miqyasda tanınmasından danışırdısa, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın beynəlxalq tanınmasından heç bir kəlmə də deməyib. Təkrar edirəm, Paşinyanın çıxışında Qarabağın beynəlxalq tanınması zərurətindən heç bir kəlmə də yox idi.

Nikol çıxışında şüurlu və ya dərketmədən, şüursuz bir şəkildə Qarabağ erməniləri terminini istifadə edir. Mən, bu terminin xüsusilə danışıqlar və ya ictimai çıxışlar zamanı uğurlu formul olduğunu düşünmürəm.

Paşinyan bəyan edirdi ki, Qarabağ münaqişəsinin nizamlanması prosesində onun proqramı nə birinci, nə ikinci, nə də üçüncü prezidentlərin strategiyası və konsepsiyasına bənzər deyil, onun erməniçilik lehinə proqram və konsepsiyası vardır.

Hanı həmin konsepsiya, bəs deyirdi Qarabağ məsələsində erməniyönümlü proqramı var, bunu biz çıxışı zamanı eşidə bilmədik. Həmsədrlərin bəyanatından aydın oldu ki, onlar Paşinyanla münaqişəsinin nizamlanması üzrə yeni sənəd və ya paket müzakirə etməyə hazırlaşmırlar. Lakin aylar öncə Paşinyan parlamentdə çıxışlarında keçmiş hakimiyyətin yalnız torpaqların qaytarılması ilə bağlı danışıqlar apardığını və müvafiq sənədlər olduğunu bildirirdi. İndi danışıqlarda yeni sənədlər olmadığı məqamını nəzərə alaraq, belə güman etmək olar ki, ya Paşinyan özü torpaq qaytarmağa hazırlaşır, ya da yalan danışır. Qoy özü qərar versin.

Sonda, əgər Bako qarşıdakı Əliyev-Paşinyan görüşündə iştirak etməzsə, demək Paşinyan növbəti dəfə yalan vəd verib. Xarici agentlərlə bağlı Paşinyanın siyahısını gözləyirəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Paşinyan  

“Ya Paşinyan torpaq qaytarmağa hazırlaşır, ya da yalan danışır” – Şarmazanov

2019/03/sharm-1552727240.jpg
Oxunub: 1384     13:10     16 Mart 2019    