ABŞ Qafqazda silah bazarı uğrunda mübarizə aparır: İrəvanı gözləyən təhlükələr (EKSPERT)

2019/03/14567-1552725462.jpg
Oxunub: 1172     15:24     16 Mart 2019    
“ABŞ, Zaqafqaziya silah bazarında Rusiyanı hakim mövqe tutmaqdan çıxartmağa səy göstərir və bu səbəbdən də sanksiyalar siyasəti tətbiq edə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Leonid Nersisyan Moskvanın İrəvan üçün əsas silah tədarükçüsü olduğunu nəzərə alaraq Ermənistana qarşı mümkün olan riskləri dəyərləndirərkən bildirib.

Nersisyanın məqaləsini təqdim edirik:

- Sülh məsələləri üzrə Stokholm İnstitunun məlumatlarına əsasən, Rusiya 2018-ci ildə ən iri silah ixrac edən ölkələr arasında ikinciliyini qoruya bilib. Lakin 2009-2013-cü illərlə və 2014-2018-ci illəri müqayisə edəsi olsaq, onun təchizat həcmi 17% azalıb.

Bunu səbəbləri silah bazarında rəqabətin artmasından başlamış dəyişən siyasi landşafta, o cümlədən, ABŞ, Avropa və digər dövlətlərin tətbiq etdiyi sanksiyalara qədər müxtəlifdir. Yaranmış vəziyyətdə Vaşinqton, “Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə təsir etməsi haqqında” qanuna əsasən rus hərbi sənaye şirkətləri ilə əhəmiyyətli anlaşmalar imzalayan ölkələrə qarşı məhdudiyyətlər tətbiq edilməsi üçün Dövlət Departamentinə imkan verən öz alətlərindən birini güclü şəkildə tətbiq edə bilər.

Mümkün olan sanksiyalar sırasında ABŞ banklarının kreditlərindən istifadə edilməsi məhdudiyyətləri, dollarla anlaşma həyata keçirilməsinə qadağa qoyulması, ABŞ-da daşınmaz əmlak alınması qadağası və bu sanksiyaları pozan menecerlərə və ya səhm sahiblərinə ABŞ-a girişin qadağan olunması kimi hallar var.

Hazırda bu qanun yalnız bir dəfə Pekinə qarşı tətbiq edilir. Həmin vaxt Çinin mərkəzi hərbi şurasının qoşunların ilkin hazırlanması və təchizatı şöbəsi və onun rəhbəri Li Şanfu ABŞ sanksiyaları tətbiq edilənlərin siyahısına düşmüşdü. Buna səbəb isə Rusiyadan S-400 raket kompleksləri və Su-35 çoxfunksiyalı qırıcıların əldə edilməsi idi.

Belə bir təsürat yaranır ki, Ermənistanın bu məsələdə nəsə əlaqəsi var. Moskva Ermənistan üçün əsas silah tədarükçüsüdür. Bəzi anlaşmaların, kredit ayırmalarından kənar, Ermənistan büdcəsindən maliyyələşdirildiyini nəzərə alsaq əgər söhbət “İsgəndər” takiki əməliyyat raketlərindən və ya Su-30SM çoxfunksiyalı qırıcılardan gedirsə, bunu təmamilə əhəmiyyətli hesab etmək olar.

Belə olan halda Ermənistan sanksiyalar zərbəsinə məruz qala bilərmi? Demək lazımdır ki, bu gün Zaqafqaziyada güclərin mövcud düzülüşünü nəzərə alaraq, ABŞ öz güc alətini istifadə etməyə tələsməyəcək. O, hələlik Ermənistana silah təchizatının yazılmamış embarqosunu izləyir. 1992-ci ildən isə Azərbaycana iqtisadi yardımı və hərbi-texniki əməkdaşlığı qadağan edən “Azadlığı Müdafiə Aktının” 907-ci düzəlişi qüvvədə qalmaqda davam edir. Lakin vəziyyətin dəyişə biləcəyinə birbaşa və dolayı işarə edən əməllər var.

Hər şeydən əvvəl söhbət milli təhlükəsizlik üzrə ABŞ prezidentinin məsləhətçisi Con Boltonun 2018-ci ilin oktyabr ayında Ermənistan, Azərbaycan və Gürcüstana etdiyi səfərdən gedir. Bolton özünəməxsus şəkildə həm Ermənistanla, həm də Azərbaycanla hərbi əməkdaşlığın mümükün inkişafı barədə vacib məqamlar açıqlayıb, həmçinin 907-ci düzəlişin dayandırılması haqqında da işarələr edib.

Məqsəd Zaqafqaziya silah bazarında Rusiyanı hakim mövqedən uzaqlaşdırmaqdır. ABŞ prezidentinin məsləhətçisinin fikrincə, bu, Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edəcək. Con Boltonu İrəvan və Bakını İranın təcrid edilməsi işinə cəlb edilməsi maraqlandırır.

Artıq Vaşinqtonda lobbi və hüquqşünaslar cəlb edilməklə 907-ci düzəlişin dəyişdirilməsi və ya bundan yan keçilməsi istiqamətində iş aparılması təmamilə mümkündür. Buna ABŞ prezidenti Donald Tramp və Respublikaçılar partiyası ilə sıx əlaqəsi olan ABŞ-ın hərbi sənaye kompleksinin iri şirkətləri də dəstək verir.

Bəs Ermənistan üçün hansı təhlükələr var?

Birdəfəlik qeyd etmək lazımdır ki, ABŞ istehsalı ağır silahların, hətta güzəştlər edildiyi halda belə əhəmiyyətli həcmdə alınmasına Ermənistan büdcəsi kifayət etmir. Rusiya KTMT çərçivəsində güzəştli şərtlərlə təchizat və kreditlə silah hissələri əldə edilməsi imkanı verən Ermənistan üçün alternativi olmayan tədarükçü kimi qalmaqda davam edəcək.

Bundan başqa əgər Azərbaycan böyük həcmdə Amerika silahları əldə etməyə başlayarsa, Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq yalnız arta və daha çox nəzərə çarpan ola bilər. Bu mənada da sanksiyaların Ermənistana qarşı tətbiq oluna biləcəyi ehtimal olunur. ABŞ bu addımını Azərbaycan silah əldə etdiyi kimi, Ermənistan üçün də eyni şərait yaradıldığı ilə əsaslandıra bilər. Lakin məlum olmayan səbəblərdən Ermənistan yalnız rus silahını əldə etməkdə davam edir.

Yeri gəlmişkən, ABŞ-da artıq erməni şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi təcrübəsi var. Söhbət İrəvanda “Mahan Air” aviaşirkətinin ticarət tərəfdaşı olan “Flight Travel LLC” şirkətindən gedir. “Mahan Air” şirkəti ABŞ sanksiyalarına məruz qaldığı üçün, erməni şirkəti də avtomatik olaraq ikinci məhdudiyyət olanların siyahısına düşüb.

Nə etmək lazımdır?

Erməni-rus hərbi texniki əməkdaşlığının alternativinin olmadığını nəzərə alaraq, maliyyə institutlarını ABŞ sanksiyalarından təhlükəsiz vəziyyətdə saxlanmasına imkan verən mexanizmləri indidən hazırlamaq lazımdır.

Bu məqsədlə hərbi-texniki əməkdaşlıq sahəsində istisnasız anlaşmalar üçün ödənişlə məşğul olan ixtisaslaşmış orqan yaradıla, bu halda ödənişlər rus rublu və ya qismən erməni dramı ilə həyata keçirilə bilər. Belə bir institutun yaradılması sansksiyaların o qədər də təsirli olmayacağını və tətbiq edilməsinin də böyük olmayacağını düşünməyə əsas verə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ Qafqazda silah bazarı uğrunda mübarizə aparır: İrəvanı gözləyən təhlükələr (EKSPERT)

2019/03/14567-1552725462.jpg
Oxunub: 1173     15:24     16 Mart 2019    