Ordu.az xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Veteranlar Şurasının sədri Əlaləm Babayev “Şahin” hərbi-idman oyunlarının gənclərin ordu sırlarına hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, yarışlarda zona mərhələsində iştirak edəcək komanda müəyyənləşəcək.

Yarışlarda iştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Birinci yeri qazanan Diyallı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Göyçay şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerə, 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Hər üç komanda rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.
Ordu.az