Erməni general məhkəmə araşdırmasını həbsxanadan seyr edəcək

2019/03/45645-1552720806.jpg
Oxunub: 688     11:13     16 Mart 2019    
Manvel Qriqoryana qarşı seçilən həbs qətimkan tədbiri İrəvan məhkəməsinin qərarı ilə daha iki ay müddətinə uzadılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” informasiya agentliyinə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

O, həmçinin əlavə edib ki, Manvel Qriqoryana qarşı açılan cinayət işinin ilkin araşdırması başa çatsa da, hələlik məhkəməyə göndərilməyib. Ohancanyan qeyd edib ki, tərəflərə cinayət materialları ilə tanış olmaq üçün vaxt verilib, cinayət işi məhkəməyə göndərildikdə isə əlavə məlumat veriləcək.

Xatırladaq ki, 2018-ci ildə iyunun 17-də Ermənistanın milli təhlükəsizlik xidməti “Yerkrapah” təşkilatının sabiq sədri Manvel Qriqoryana aid olan Armavir vilayətinin Arşaluys kəndindəki istirahət zonasında, həmçinin Üçmüədzin şəhərindəki onun fərdi evində aparılan axtarışların nəticələrinə dair videogörüntü yayımlayıb.

Bu il fevralın 14-də Xüsusi İstintaq Xidməti məlumat yayaraq bildirdi ki, Manvel Qriqoryana qarşı irəli sürülən ittihamlar artırılıb. Yeni ittihama görə bir qrup şəxslə, o cümlədən arvadı, oğlu və digərləri ilə əvvəlcədən razılığa gələrək, qanunsuz yolla silah əldə etmə, daşıma və onlara aid evlərdə qanunsuz silah-sursat, partlayıcı maddələr, avtomobillər, konservləşdirilmiş ərzaq məhsulları saxlamaqda ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Manvel-Qriqoryan   Həbs  

Erməni general məhkəmə araşdırmasını həbsxanadan seyr edəcək

2019/03/45645-1552720806.jpg
Oxunub: 689     11:13     16 Mart 2019    