"1 Mart"da Ermənistan MN deputatların mühafizəçilərinə hərbi forma paylayıb? - DETALLAR

2019/03/53706-1552635407.jpg
Oxunub: 561     12:51     15 Mart 2019    
Ermənistanda martın 1-də baş verən hadisələrlə bağlı şahid qismində Müdafiə nazirinin arxa cəbhə üzrə müavini Qaqik Melkonyan dindirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, öz ifadəsində, "1 Mart" hadisələri zamanı erməni parlamentinin bir qrup keçmiş millət vəkilləri və vəzifəli şəxslərin mühafizəçilərinə hərbi formalar paylanıldığı barədə danışıb.

Məlumata görə, bu siyahı vaxtilə nəşr olunub və fakt toplama qrupu bu siyahı ilə bağlı araşdırma aparmağa çalışıb. İndi isə Qaqik Melkonyan ifadəsində, Müdafiə Nazirliyinin əşya xidmətinin rəis müavini Vardan Poğosyanın bu siyahını ona təqdim etdiyini qeyd edib.

"Vardan Poqosyan mənə zəng etdi və erməni parlamentinin bir qrup deputatının mühafizəçilərinin hərbi geyimlə təmin edilməsinə dair Ermənistan Müdafiə naziri Mikayel Harutyunyan tərəfindən ona şifahi göstəriş verildiyinə dair məruzə etdi. Mən, hərbi nizamnamələrin tələbinə görə yuxarı rəislərin əmrləri müzakirə edilmədiyinə görə etiraz edə bilməzdim. Bunu rəhbər tutaraq, Vardana dedim ki, təmin edin", - deyə o ifadəsində vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"1 Mart"da Ermənistan MN deputatların mühafizəçilərinə hərbi forma paylayıb? - DETALLAR

2019/03/53706-1552635407.jpg
Oxunub: 562     12:51     15 Mart 2019    