Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dünən 9 saatdan artıq davam edən iclasdan sonra Robert Köçəryanın vəkili Hayk Alumyan məlumat verib.
O bildirib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan 19 fevral-2 mart 2008-ci il tarixləri arasında nə baş verdiyinə dair kifayət qədər uzun vaxt ərzində, təqribən 40 dəqiqə müddətində ətraflı izahat, açıqlama verib. Vəkil, təqdim etdikləri sübut, dəlillərin kifayət qədər tutarlı olduğunu bildirir.
Vəkil bildirib ki, rüşvət iddiasına da Robert Köçəryan münasibət bildirərək, bunu əsassız ittiham adlandırıb.
Xatırladaq ki, yanvarın 18-də məhkəmə Robert Köçəryanın həbs müddətinin uzadılması barədə Xüsusi İstintaq Xidmətinin vəsadətini təmin edib. Bu barədə növbəti məhkəmə qərarının bu gün veriləcəyi gözlənilir.
Alpər Mövludoğlu
Ordu.az