Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub - VİDEO+FOTOLAR

2019/03/92d75-1552581822.jpg
Oxunub: 1761     19:05     14 Mart 2019    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər. Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan-Ordusu   Təlim  

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub - VİDEO+FOTOLAR

2019/03/92d75-1552581822.jpg
Oxunub: 1762     19:05     14 Mart 2019    