Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Karapetyan işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsində qulluq edib.
Ailənin tək övladı olan Karapetyan 1 ildən sonra xidmətini başa vurmalı idi. O, anası və 80 yaşlı nənəsi ilə birgə yaşayırdı. Atasının Karapetyan doğulmadan ailəsini tərk etdiyi bildirilir.
Qeyd edək ki, Karen Karapetyan martın 12-dən işğal altında olan Qarabağda qanunsuz disloksiya olunan Ermənistan ordusunun hərbi hissələrdən birində, əsgər yoldaşı tərəfindən öldürülüb.

Alpər Mövludoğlu
Ordu.az