Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Mher Qavalyan artilleriya divizionunun komandiri olmasına baxmayaraq, təhlükəsizlik qaydalarına tam riayət etməyib və nəticədə Alaverdyan adlı şəxsə məxsus 9 hektar arpa sahəsinin yanmasına səbəb olub.
Açılmış cinayət işi çərçivəsində məlum olub ki, diqqətsizlik səbəbindən Alaverdyana külli miqdarda olmaqla, 1 milyon 600 min dram həcmində ziyan dəyib.
Erməni zabiti haqqında məhkəmə tərəfindən ölkəni tərketməmə barədə qərar qəbul edilib.
Alpər Mövludoğlu
Ordu.az