Ötən il Ermənistan ordusunda 131 hərbçi həbs olunub

2019/03/44689-1552547857.jpg
Oxunub: 793     11:16     14 Mart 2019    
Ötən il Ermənistan Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub.

Ordu.az erməni KİİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Prokuror 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında açıqlayıb ki, ötən il Ermənistan Polisinin 17, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, səhiyyə sahəsinin 14, təhsil sahəsinin 35, Sosial Təminat Nazirliyinin 56, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin isə 131 əməkdaşı məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, 2018-ci ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb.

Ermənistan Baş Prokurorluğu bildirib ki, 2017-ci ilə müqayisədə korrupsiya üzrə cinayət işlərinin sayı 2018-ci ildə 3,6 dəfə artıb. Nəticədə dövlətə 9,4 milyon dollar ziyan vurulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Həbs  

Ötən il Ermənistan ordusunda 131 hərbçi həbs olunub

2019/03/44689-1552547857.jpg
Oxunub: 794     11:16     14 Mart 2019    