Erməni kəndində külli miqdarda silah və döyüş sursatı aşkar edilib - VİDEO
Oxunub: 31141
10:22
14 Mart 2019
Ermənistanın Armavir vilayətinin Arşaluys kəndində külli miqdarda silah və döyüş sursatı aşkar edilib.
Martın 13-də, məhkəmə qərarı ilə Arşaluys kəndinin birinci küçəsində yerləşən kənd sakinlərindən birinin fərdi evində axtarış aparılıb.
Ordu.az xəbər verir ki, Polis İdarəsi İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsi axtarış nəticəsində tapılan silah-sursatın videogörüntüsünü nümayiş etdirib.