Ölən digər erməni hərbi qulluqçu da Gümrü sakini olub

2019/03/34534-1552481513.jpg
Oxunub: 712     21:50     13 Mart 2019    
Ermənistanın sərhəddəki hərbi hissələrindən birində ölən hərbi qulluqçu Hamlet Avakyan Şirak vilayətinin Gümrü şəhər sakini olub.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Şirak vilayətinin hərbi komissarlığından erməni KİV-lərinə bildirilib.

Məlumata görə, 19 yaşlı erməni əsgəri 2018-ci ilin iyul ayında orduya çağırılıb. Komissarlıqdan qeyd edilib ki, onun ailəsi sosial cəhətdən ağır şəraitdə yaşayır.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan bildirib ki, martın 12-də Ermənistanın şimal-şərq sərhəd zonasında, xidməti vəzifə borclarını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin "N" nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, sıravi-tibb təlimatçısı Hamlet Hraçi Avakyan ölüb. Hadisənin baş vermə səbəblərinin məlum olmadığı bildirilib.

Xatırladaq ki, həmin gün işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi hissələrdən birində ölən 19 yaşlı Karen Karapetyan da Gümrü şəhər sakini olub. İstintaq Komitəsinin məlumatlarına görə, erməni hərbi qulluqçunun ölüm faktı ilə əlaqədar, öldürmə maddəsi üzrə cinayət işi açılıb və onun əsgər yoldaşı şübhəli qismində həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Ölən digər erməni hərbi qulluqçu da Gümrü sakini olub

2019/03/34534-1552481513.jpg
Oxunub: 713     21:50     13 Mart 2019    