Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Şirak vilayətinin prokuroru Karen Qabrielyan 2018-ci ilin 2 dekabr tarixində rus hərbi qulluqçu tərəfindən döyülmə nəticəsində öldürülən Culiyetta Quqasyanın hadisəsinə toxunarkən bildirib.
O qeyd edib ki, cinayət işinin ilkin araşdırması tezliklə yekunlaşdırılacaq.
Onun sözlərinə görə, fakt üzrə açılan cinayət işi hələlik ilkin araşdırma mərhələsindədir. Qabrielyan, həmçinin təqsirli olunaraq cəlb edilən şəxsin də həbsdə olduğunu qeyd edib. Prokuror bildirib ki, hazırda cinayət işinin ilkin araşdırması yekun mərhələsindədir və məhkəməyə göndərilməsi üçün müstəntiqlər bütün zəruri tədbirləri görürlər.
"Rus hərbi qulluqçunun erməni tərəfinə təhvil verilməsi müzakirə edilirmi, ya yox?" deyə verilən suala Şirak vilayət prokuroru belə cavab verib: "Rus hərbi qulluqçunun cinayət işi bizim səlahiyyətli orqanımız tərəfindən araşdırılır. Ona qarşı bütün hüquqi mexanizmlərimiz və səlahiyyətlərimiz həyata keçirilir".
Cinayət işi tezliklə istintaq üçün vilayət məhkəməsinə göndəriləcək.
Alpər Mövludoğlu
Ordu.az