Ordu.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri general-mayor Asif Qafur sosial media hesabında yazıb.
Onun sözlərinə görə, parada qonaq qismində Azərbaycan, Bəhreyn və Oman Müdafiə Nazirliklərinin rəhbərləri dəvət olunub.
Qafur qeyd edib ki, paradda Malayziyanın Baş naziri Mahathir bin Məhəmməd fəxri qonaq kimi iştirak edəcək. Bundan əlavə, paradda Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Çin və Şri-Lankadan konsolidasiya edilmiş bölmələr iştirak edəcək.
İnci Rzayeva
Ordu.az