Erməni əsgərinə 15 güllə atan çavuşa bəraət verilir: “Pul rol oynayıb” (FOTOLAR)

2019/03/13189-7762370685.jpg
Oxunub: 2847     17:47     13 Mart 2019    
Tavuş vilayətinin İcevan şəhər sakini keçmiş müddətli xidmət hərbi qulluqçusu Davit Kamalyan və onun valideynləri özlərini təhqir edilmiş hesab edirlər. Onlar Ermənistan İstintaq komitəsinin qərarından qəzəbləniblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin qərarına əsasən 19 yaşlı Davit Kamalyana qarşı döyüş mövqeyində üzbəüz atəş açılmaqla yaralanma faktı üzrə cinayət işinə xitam verilib.

Ötən il fevralın 20-də işğal altında olan Qarabağın Xocavənd (Martuni) rayonu ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi hissəsinin sabiq hərbi qulluqçusu Davit Kamalyan silahdaşı çavuş Seryoja Nahapetyan tərəfindən açılan atəş nəticəsində 7 güllə yarası alsa da, bu ilin yanvar ayında cinayət işinə xitam verilib. İstintaq komitəsinin müstəntiqləri baş vermiş hadisədə cinayət tərkibi olmadığı qənaətinə gələrək açılmış cinayət işinə xitam verilməsinə dair qərar veriblər.

Erməni KİV-lərinə müsahibə verən sabiq hərbi qulluqçu qeyd edib ki, cinayət işində yazılanlar və elan olunanlar reallığa, həqiqətə uyğun deyil. O bildirib ki, əlil olmasına və atəşə məruz qalmasına baxmayaraq, şikayət etməsə də, ona atəş edən çavuş ona qarşı ifadə verərək, baş verənlərdə zərərçəkən Davit Kamalyanı ittiham edib. Onun guya parolu bilməməsi ucbatından atəş edildiyi barədə yayılanların doğru olmadığını vurğulayan əsgər, 3 dəfə parolun soruşulması və bilmədiyi halda güllələnmə ehtimalının olduğun bilə-bilə, cavab verməməsinin məntiqsiz olduğunu bildirib və yayılan şayiələrlə bağlı təəccübünü gizlətməyib.

O bildirb ki, 19 ay hərbi xidmətdə olub və vurulduğu dövrdə 20-ci döyüş növbətçiliyini həyata keçirirdi. Atəş edən isə 6-7 gündür ki, döyüş növbətçiliyinə çıxırmış. Çavuş yaralanan Davit Kamalyana 15 atəş açıb. Nəticədə onun zirehli gödəkçəsində 9 güllə deşik açıb, bədənində isə 7 güllə yarası izi olub.

Davit Kamalyan indiyədək tam sağalmadığını qeyd edir. Yaralanma nəticəsində onun sağ böyrəyi çıxarılıb, ağciyər və qaraciyəri əməliyyatı edilib, sağ əlinə 5 güllə dəyib və bir böyrəyində də kista əmələ gəlib. O bildirib ki, çavuşla aralarında mübahisə baş verib, çünki çavuş postda olarkən daim yatırmış. Lakin o, bu mübahisəyə görə çavuşun belə bir şeyə əl atacağına inanmır. O, çavuşun gecə şəraitində qorxudan atəş etdiyinə əmin olsa da, günahı onun boynuna atdığına görə çox təəssüf edir.

O, atəş edən çavuş Seyojaya doğru olanları söyləməsini, şikayət etməyəcəyini təklif etdiyini bildirir. Həmin gün postda olanlardan 4 nəfər parol məsələsini təsdiq etsə də, 3 nəfər belə bir şeyin olmadığını deyib. O hesab edir ki, əsgərlərə yalan ifadə vermələri üçün təzyiq edilir. Yaralı Davit Kamalyanın atası Seryoja Kamalyanın fikrincə, 1 ildir istintaqı aparılan işə pul hesabına xitam verilib.

Zərərçəkənin atası deyir ki, atəş edən hərbi qulluqçunun valideynləri gələrək ona pul təklif edib, imtina etdikdə isə həmin pulu müstəntiqlərə verəcəklərini bildiriblər. Müstəntiq Qəhrəmanyan ona qarşı irəli sürülən ittihamları inkar edərək, istintaq komitəsinə müraciət edilməsini tövsiyə edib. Atası cinayət işinin yenidən açılmasını tələb edir. Ona bildirilib ki, şikayət üçün Xankəndinə getməlidir.

Atasına oğlunun sağ qalmasına görə sevinməli olduğu söylənilib, lakin o oğlunun Xankəndi hospitalında müalicə olunduğu 2 ay ərzində həmin hərbi hissədən 4 hərbi qulluqçunun da əlil olduğunu bildirib. Yaralı Kamalyanın atası qeyd edir ki, hərbi hissə komandiri polkovnik Karen Qriqoryan donuz yetişdirmə ilə məşğuldur və heç kim hərbi hissədə baş verənlərə görə məsuliyyət daşımır.

O, aprel döyüşlərində erməni əsgərlərin nə vəziyyətdə olduğunu şəxsən gördüyünü və Hadrut istiqamətində əsgərlərin vəziyyətini gördükdən sonra 2 gün durmadan ağladığını ifadə edib. Erməni əsgərlərinin natəmiz paltarlar, yeməyə yararsız qidadan istifadə etdiyini, göndərilən yardımlardan isə əsgərlərə heç bir şey verilmədiyini qeyd edib.

“Bir qutu peçenye, bir qutu cem, vəssalam, erməni əsgərinin döyüş vaxtı yediyi qida bundan ibarət olub. Bişirilən sıyıq isə yeməli olmadığına görə, gəldiyi kimi kənara tökülürdü. Komandirlər əsgərlər hesabına donuz saxlayır, hətta donuzlara vermək üçün, əsgərlər yeməsin deyə qidanı bilərəkdən korlayırlar. Movses Hakobyanın bişirdiyi çörəyi yemək mümkün deyildi, nədən hazırlandığı bilinmirdi. Erməni əsgərləri yemək, ərzaq almaq üçün məcbur evdən pul istəyirdilər”, - deyə Kamalyamnın atası aprel döyüşlərində gördüklərini nəql edib.

Qeyd: Karen Şahmuradi Qriqoryan 14 iyun 1973-cü ildə Xocavənd (Martuni) rayonunun Müşkapat kəndində anadan olub. Qarabağda təxribatçı əməliyyatlar zamanı ilk dəfə Lüləsaz (Hakob Kamari) yaşayış məntəqəsi istiqamətində yaralanıb.

1994-cu ildən etibarən taqım komandirliyindən hərbi hissə komandirinədək zabit vəzifələrində çalışıb.

2014-2015-ci illərdə Hadrutda yerləşən 18-ci motoatıcı diviziyanın 1-ci müdafiə rayonu adlanan 38401 nömrəli hərbi hissəsinin komandiri olub.

2015-ci ildən indiyədək 3-cü müdafiə rayonu adlanan 35383 nömrəli hərbi hissənin komandiridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yaralı  

Erməni əsgərinə 15 güllə atan çavuşa bəraət verilir: “Pul rol oynayıb” (FOTOLAR)

2019/03/13189-7762370685.jpg
Oxunub: 2848     17:47     13 Mart 2019    