Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bu gün Ermənistanda olmasının ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dəstəyini bir daha nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
“Eyni zamanda mən danışıqlar prosesində Minsk Qrupu həmsədrlərinin iştirakı və fəaliyyətlərinə tam dəstəyimi ifadə edirəm”, - deyə vurğulayan Layçak cəbhə xəttində itkilərin azalmasını yüksək qiymətləndirib.
“Mən əminəm ki, bütün bunlar münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində çoxtərəfli prosesi təşviq edəcək. Problemlər çoxdur, lakin son aylardakı irəliləyişləri nəzərə alsaq, düşünürəm ki, prosesə pozitiv təkan verəcək bütün səbəblər mövcuddur”, - deyə Layçak əlavə edib.
Daha sonra xalqların sülhə hazırlanması məsələsinə münasibət bildirən sədr bu fikirləri ifadə edib: “Mən xalqların sülhə hazırlanmasının, onların risklərin azalması və etimadın möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərdə iştirakın vacibliyini də vurğulamaq istəyirəm. Əslində biz Prezident və Baş nazir, eləcə də nazirlər arasında baş tutan görüşləri, sərhəddə insidentlərin və nəticə etibarilə insidentlərin azalmasını yüksək qiymətləndiririk. Biz başa düşürük ki, münaqişə hələ də həll olunmayıb, lakin mərhələ-mərhələ, addım-addım yanaşması, irəliləyən dialoqun ən azından insanların həyatında xırda da olsa inkişafa gətirib çıxaracaq”.
Ağalar Ağalarlı
Ordu.az