Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, bunun birbaşa deyil, üçüncü dövlət vasitəsilə edildiyini və sənədləşmələr zamanı hərbi ləvazimatların sonuncu ünvanı ilə bağlı konkret nəyinsə deyilmədiyini güman etdiyi vurğulayıb.
“Bu araşdırma zamanı Slovakiya tərəfi heç bir yanlış tapa bilməyib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Slovakiya və İsrail arasında başqa bir kontrakt və sənədlər mövcuddur ki, həmin müqavilədə sonuncu ünvan kimi İsrail müəyyən edilib.
“Biz bu məsələni bir neçə dəfə nazir Zöhrab Mnatsakanyanla müzakirə etmişik. Düşünürəm ki, məsələ bağlanıb”, - deyə slovak nazir vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az