Azərbaycanın 2019-2024-cü illəri əhatə edən “Kibertəhlükəsizlik strategiyası” hazırlanıb

2019/03/34534-1552466226.jpg
Oxunub: 379     12:32     13 Mart 2019    
“Bu gün dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaşanır. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib”.

Ordu.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumunda (RİİF) deyib.

O, bu forumun "Kibertəhlükəsizlik həftəsi"nin əsas tədbiri seçildiyini, bunun təsadüfi olmadığını qeyd edib.

“Müasir texnologiyalar, o cümlədən internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir. Amma bu gün dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaşanır. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı ildən-ilə artır. Bunu nəzərə alaraq Azərbaycanın 2019-2024-cü illəri əhatə edən “Kibertəhlükəsizlik strategiyası” hazırlanıb və təsdiq olunma mərhələsindədir”, - deyə R.Quluzadə qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kibertəhlükəsizlik   Azərbaycan  

Azərbaycanın 2019-2024-cü illəri əhatə edən “Kibertəhlükəsizlik strategiyası” hazırlanıb

2019/03/34534-1552466226.jpg
Oxunub: 380     12:32     13 Mart 2019    