Mart ayının əvvələrindən etibarən işğal altında olan Qarabağa gələn Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan hələ də bölgədə qalmaqda davam edir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan öz gələcək fəaliyyəti barədə qərar verməsi üçün dünən baş tutan Təhlükəsizlik Şurasının səyyar iclasının yekunlaşmasını gözləyirdi.
Məlumata görə, Sarkisyan bu müddət ərzində Qarabağdakı qondarma qurum "rəhbərliyinin elitası" ilə fəal təmaslarını davam etdirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Sarkisyan
Qarabağ