Türkiyə-Rusiya hərbi əməkdaşlığı dərinləşir – EKSPERTLƏR

2019/03/7AC55-4657371228.jpg
Oxunub: 932     19:03     13 Mart 2019    
Rəsmi Ankaranın Vaşinqtonla əlaqələri korlandıqca Rusiya və Türkiyə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir. Bunu iki ölkə arasında bir neçə gün öncə Qara dənizdə keçirilən hərbi təlim və Suriyada əməkdaşlığın genişlənməsində görə bilərik.

Ötən həftənin cümə günü baş tutan birgə hərbi təlim Türkiyə donanmasının daha geniş miqyasda keçirdiyi hərbi təlimin tərkib hissəsi idi. Burada cəmi bir neçə ədəd gəmi istifadə edilsə də, analitiklər onun siyasi çəkisinin çox ağır olduğunu ifadə edirlər.

“Rusiya-Türkiyə birgə hərbi təlimin həyata keçirilməsi bir ismarıcdır. Bu ismarıc həm Qərbə, həm də Yaxın Şərqin digər ölkələrinə göndərilib və sözügedən ölkələrin yaxın əməkdaşlıq etdiyini özündə ehtiva edir”, - deyə Maks Veber Fondunun İstanbuldan olan təhlilçisi Zaur Qasımov bildirib.

Başqa bir analitik, siyasətşünas Cengiz Aktar isə təlim üçün Qara dənizin seçilməsinin təsadüfi olmadığını vurğulayıb və NATO ilə Rusiya qüvvələri arasında gərginliyin mərkəzi nöqtəsinin məhz həmin region olduğunu xatırladıb.

“Bu, NATO üzvlüyünə gəldikdə Türkiyənin otaqdakı qəribə adam olduğunun bir başqa təsdiqidir. Az qala hamı Türkiyənin sadəcə sənəd üzərində üzv olduğunu və Moskvanın necə uğurlu şəkildə onu NATO-dan qopardığını düşünür”, - deyə Aktar əlavə edib.

Aktarın fikrincə bu, müvəqqəti və ya taktiki olmaqdan çox uzaq bir trenddir və Rusiyanın uzunmüddətli strategiyasını əks etdirir. Moskva Ankara ilə Vaşinqton arasında olan saysız-hesabsız narazılıqlardan doğan qarşılıqlı gərginlikdən sürətli şəkildə istifadə edə bilib və bu mənada Türkiyə-Rusiya əməkdaşlığının görülməmiş səviyyədə yüksəlməsini, Ankara ilə Vaşinqton arasındakı bu vaxta qədər bənzərinə təsadüf edilməmiş gərginlik kontekstində anlamaq lazımdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Türkiyə-Rusiya hərbi əməkdaşlığı dərinləşir – EKSPERTLƏR

2019/03/7AC55-4657371228.jpg
Oxunub: 933     19:03     13 Mart 2019    