Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, dünən Ermənistanın şimal şərq istiqamətində öz vəzifələrini yerinə yetirərkən "N" saylı hərbi hissənin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü, sıravi-feldşer Hamlet Hraç Avaqyan ölüb.
"Əsgərin ölümü rəqib atəşi nəticəsində baş verməyib, digər detallar müvafiq orqanlar tərəfindən açıqlanacaq", - deyə Hovhannisyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az