“Döyüş hazırlığında idmanın xüsusi yeri var”

2019/03/b7319-1552454648.jpg
Oxunub: 406     14:32     13 Mart 2019    
Yazıma "İdman sağlamlığın rəhnidir", "Sağlam bədəndə sağlam ruh olar" kimi fikirlərlə başlamaq, demək olar ki, söhbətimizin hansı mövzuda aparılacağını öncədən xəbər verir. Təbii ki, söhbət idmandan gedir. Ölkəmizdə bu sahənin inkişafına daim önəm verən, ona diqqət və qayğısını əsirgəməyən xalqımızın ümummilli lideri Heydər Əliyev idmanın sağlamlıqda rolunu ifadə edərək demişdir: "İdmanla məşğul olan hər bir şəxs özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın və bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir."

Bu gün ordumuzun şəxsi heyətinin döyüş qabiliyyətinin artırılmasında və fiziki təminatında idmanın rolu çox böyükdür. Belə ki, hərbi hissələrimiz ən müasir idman avadanlıqları ilə təchiz olunur və şəxsi heyətin istifadəsinə verilir.

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində idman şəhərciyi, eyni zamanda axşam fiziki hazırlıq saatında şəxsi heyətin məşq etməsi üçün ayrılan idman zalı lazımi avadanlıqlarla təmin olunub. Hərbi hissədə olarkən şəxsi heyətin digər hazırlıqları ilə yanaşı, fiziki hazırlığı ilə də maraqlanırıq. Öyrənirik ki, şəxsi heyətin axşam fiziki hazırlıq saatı artıq başlayıb. Zalda yerləşdirilmiş müasir idman qurğuları diqqətimizi çəkir. Şəxsi heyət verilən tapşırıqları məharətlə, yorulmadan yerinə yetirir, cəld, çevik hərəkətlərlə idman vərdişlərinə yiyələnir. Məşğələ rəhbəri gizir Ruslan Şahbazov xidmətin uğurlu aparılmasında idmanın önəmliliyini vurğulayaraq bildirdi ki, fiziki hazırlığı məqbul olmayan, yetərli idman vərdişlərini mənimsəməyən əsgər təlim meydanında döyüş tapşırıqlarını yerinə yetirən zaman bir sıra çətinliklərlə qarşılaşmalı olur. "Ümumiyyətlə, fiziki cəhətdən möhkəm olan əsgər yüksək döyüş hazırlığına malikdir. Şəxsi heyətin daim fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Əsgərlər məşğələ prosesində tələb olunan normativləri yerinə yetirməyə çalışır, turnikdə dartınır, paralel qollarda güclərini sınayırlar. Onu da qeyd edim ki, fiziki cəhətdən hazırlıqlı əsgərlərimiz çoxdur. Onlar orduda keçirilən müxtəlif növ idman yarışlarında fəal iştirak edirlər. Bu baxımdan, "Sağlam bədəndə sağlam ruh olar" və "İdman sağlamlığın rəhnidir" kimi devizlər də təsadüfi səslənməyib."

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Xəyyam Cəfərov ötən il orduda keçirilən cüdo üzrə yarışlarda 3-cü yeri qazandığını dedi: "Döyüş hazırlığında idmanın xüsusi yeri var. Bu gün hərbi hissələrimizdə ən müasir idman şəhərcikləri salınır. Şəxsi heyət bu müasir idman qurğularında fiziki hazırlığını artırmaq imkanı əldə edə bilir. Əsgərlərimiz döyüş və mənəvi-psixoloji hazırlıqlarını artırmaqla yanaşı, fiziki hazırlıqlarını da daim artırırlar. Hazırlıqlı əsgər fiziki cəhətdən də möhkəm olmalıdır."

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zabit Muradov məşq edən əsgərlərin hamısının fiziki cəhətdən hazırlıqlı olduğunu dedi: "Mən özüm də idmanın güləş növü ilə məşğulam, bir neçə yarışda qalib olmuşam. Vaxtilə regionlararası turnirlərdə birincilik qazanmışam. İdman sahəsində əldə etdiyim bilik və bacarığımı böyük həvəslə şəxsi heyətə aşılayıram. Onları yarışlarda qalib olmağa hazırlayıram."

Əsgər İlqar Nəbiyev də peşəkar idmançıdır. O, dəfələrlə güləş üzrə respublika birincisi olub. İlqar dedi ki, bölmələrində idmançı uşaqlar çoxdur. Onlar həm təlim-məşq toplanışında, həm də hərbi dərslərdə fəallıq göstərirlər.

Son vaxtlar idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Şəxsi heyətin idman hazırlığının daha yüksək səviyyədə olduğunu bu gün qətiyyətlə demək mümkündür. Fiziki hazırlığı və döyüş ruhu yüksək olan şəxsi heyətin qələbə əzmi də güclü olur.

Lalə Hüseynova "Azərbaycan Ordusu"
Foto: R. Əmrahov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Döyüş-hazırlığı   İdman  

“Döyüş hazırlığında idmanın xüsusi yeri var”

2019/03/b7319-1552454648.jpg
Oxunub: 407     14:32     13 Mart 2019    