9 kəndimizin işğalından 27 il ötür - FOTOLAR

2019/03/54432-10866755788.jpg
Oxunub: 1303     16:26     12 Mart 2019    
Bu gün Bərdə rayonunda şəhidlər xiyabanını ziyarət edən sakinlər 9 kəndin işğal gününü yad ediblər.

Ordu.az xəbər verir ki, tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan vətən övladlarının məzarını ziyarət edib, gül dəstələri düzüblər.

Anım gününə işğal olunan kənlərin sakinləri, həmçinin, o vaxt gedən döyüşlərdə şəhid olanların ailə üzvüləri, özünümüdafiə dəstələrinin keçmiş döyüşçüləri və orta məktəb şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ermənilərin kəndlərimizə hücumları və dinc sakinlərin xüsusi qəddarlıqla öldürülməsindən söhbət açıblar.

Düşmənin yaydığı məlumata görə, həmin gün Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Başgüüney, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndlərinin işğalına ümumilikdə 1500 nəfər canlı qüvvə və zirehli texnikalar cəlb edilib. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, hücuma keçən erməni və rus silahlıları yerli sakinləri ciddi müqavimətiylə rastlaşıblar.

Qeyd edək ki, 1992-ci il mart ayının 12-də Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Başgüüney, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndi ermənilər tərəfindən işğal edilib. Strateji əhəmiyyətə malik olan bu yaşayış məntəqələri Ağdərə-Xankədi yolunun üzərində yerləşirdi.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal  

9 kəndimizin işğalından 27 il ötür - FOTOLAR

2019/03/54432-10866755788.jpg
Oxunub: 1304     16:26     12 Mart 2019    