Reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar - VİDEO+FOTOLAR
Oxunub: 22342
15:11
12 Mart 2019
Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimlərin niyyətinə uyğun olaraq ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.