Ordu.az xəbər verir ki, düşmən ordusunun bölmələrindən birində tibb xidmət rəisi vəzifəsində xidmət edən Aşot Sarkisov son günlər əsgərlər arasında kütləvi xəstələnmə hallarının artması və tibbi ləvazimatların çatışmaması barədə hesabat yazıb.
Tibb xidmətinin zabiti hesabatında son günlər bir neçə əsgərin sağlamlığında problemlərin yarandığı və konkret olaraq Hayk Danelyan adlı hərbi qulluqçunun ağır vəziyyətdə hospitala yerləşdirildiyini yazıb. Onun yazdığına görə, 100 hərbi qulluqçu yüksək hərarətlə müşayiət olunan su çiçəyi xəstəliyi ilə kazarma şəraitində saxlanılır və müalicəyə göndərilmələri barədə heç bir tədbir görülmür.
Xəbərdə o da bildirilir ki, hərbi həkimin yazdığı hesabatın Ermənistan müdafiə nazirliyinə göndərilməsinə hərbi hissə komandiri icazə verməyib və zabitə “dilini dinc qoymağı” məsləhət görüblər.
Ordu.az