Azərbaycan-İtaliya hərbi əməkdaşlığında "Leonardo" amili – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/03/Bieli-1552293846.jpg
Oxunub: 2569     16:54     11 Mart 2019    
Dünyanın ən iri şirkətlərindən biri olan və əsasən təyyarə, helikopter, elektron avadanlıqlar istehsal edən "Leonardo"nun və digər hərbi sənaye şirkətlərinin "ADEX" sərgilərində davamlı iştirak etməsi Azərbaycanla İtaliya arasındakı hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

"ADEX-2018" sərgisində iştirak edən "Leonardo" şirkətinin satış meneceri Françesko Molinari Azərbaycan HHQ ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar getdiyi və əməkdaşlığın daha üst səviyyəyə yüksəldiyi barədə Ordu.az saytına açıqlama vermişdi.

"Leonardo"

"Leonardo" şirkəti ADEX sərgisinin davamlı iştirakçılarındandır və şirkətin ölkəmizlə əlaqələri yüksələn xətt üzrə inkişafı edir. Ümumiyyətlə Azərbaycanla İtaliya münasibətləri daim müsbət dinamikaya malik olub. Keçən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin şirkət rəhbərliyi ilə keçirdiyi görüşlər də bunu sübut edir. Prezident İlham Əliyev 2017-ci ilin fevralın 18-də Münxendə səfərdə olarkən "Leonardo" şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşdü. Görüş zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. 8 ay sonra isə Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

A.Profumonun 2018-ci ilin mayında "Leonardo" şirkətinin baş icraçı direktoru təyin olunduqdan sonra ilk xarici səfərini də Azərbaycana etməsi ölkəmizin həm İtaliya üçün, həm də "Leonardo" şirkəti üçün böyük əhəmiyyət daşıdığını göstərdi. Görüş zamanı "Leonardo" şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, "Silkway" şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edildi və əməkdaşlığın yaxşı potensiala malik olduğu bildirildi.

Məhz bu görüş zamanı "Leonardo" şirkəti ilə Azərbaycanın güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edildi.

"Leonardo" kompaniyası 1948-ci ildə yaradılıb. Mərkəzi ofisi Romada yerləşən kompaniyada 50 min nəfərə yaxın insan çalışır. İllik maliyyə dövriyyəsi 15 milyard, gəliri isə 600 milyon avrodan çoxdur.

Şirkətin "Thales Alenia Space", "SELEX Sistemi Integrati", "Alenia Aermacchi", "AnsaldoBreda" və "AgustaWestland" kimi törəmə şirkətləri mövcuddur. Əvvəllər "Finmeccanica" adlanan "Leonardo" hazırda İtaliyanın ən böyük sənaye müəssisələrindən biridir. Onun struktur bölmələri müdafiə, enerji, helikopter, qırıcı, telekommunikasiya və nəqliyyat sahəsində sifarişlərin yerinə yetirilməsini həyata keçirir.

2014-cü il mayın 15-də səhmdarların iclasında 2014-2016-cı illər üçün şirkətin yeni idarə heyəti seçildi. İdarə heyətinin rəhbəri Giovanni de Gennaro təsdiqləndi, bundan əvvəl "Ferrovie dello Stato"nun (Dövlət Dəmir Yollarının) baş direktoru olan Mauro Moretti isə baş icraçı direktor təyin edildi.

İdarə heyəti 2017-ci ilin mayında Alessandro Profumonu "Leonardo"nun İdarəetmə direktoru vəzifəsinə dəvət etdi. Şirkətin ən böyük səhmdarı 30.2% paya sahib olan İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyidir.

Hazırda "Leonardo" dörd sektorda fəaliyyət göstərir və yeddi bölmədən ibarətdir:

"Helikopter" bölməsi;
"Aviasiya" bölməsi;
"Aviasiya konstruksiyaları" bölməsi;
"Aviasiya və kosmik sistemlər" bölməsi;
"Yerüstü və dəniz mühafizə vasitələri üçün elektronika" bölməsi;
"Təhlükəsizlik sistemləri və məlumatların qorunması" bölməsi;
"Müdafiə sistemləri" bölməsi.

"Leonardo" hərbi və mülki təyyarələr, yeni nəsil PUA-lar, hərbi və mülki aviasiya konstruksiyalarını istehsal edir. Şirkət təlim-məşq və təlim-döyüş təyyarələrinin hazırlanmasında və istehsalında, eləcə də əlaqəli yerüstü dəstək xidmətlərinin göstərilməsində liderlərdən biridir.

Şirkət, "Eurofighter" proqramında 36% payla iştirak edir, qısa magistral reaktiv təyyarələr istehsal edən ATR birgə müəssisəsində isə 50 % paya (digər 50 % isə "Airbus Group"a məxsusdur), "SuperJet International" birgə müəssisəsində isə 51 % paya sahibdir. "Leonardo" Avropanın 3-cü, dünyanın 9-cü böyük hərbi sənaye kompaniyası hesab edilir.

"Leonardo" kommersiya, mülki, təhlükəsizlik və müdafiə məqsədli helikopterlərin ən geniş çeşidlərinin dizaynı, inkişafı, sınaqları, istehsalı, servizi və satışı ilə məşğul olur.

"Leonardo" şirkəti serviz xidmətlərinin təqdim edilməsi sahəsində ciddi paya malikdir. Bu il serviz xidmətləri bazarının ümumi həcminin 35.7 milyard dollara yüksəlməsi proqnozlaşdırılır. Bu spektrə rəhbərlik edən "Airbus Group", "Leonardo", "BAE Systems", "Boeing", "Dassault Aviation", "Hindustan Aeronautics Limited", "Lockheed Martin" kimi şirkətlərdir.

"BAE Systems" və "Leonardo" şirkətlərinin "Vulcano" ailəsinin AGS və Mk45 gəmi silahları da daxil olmaqla, müxtəlif silah sistemləri üçün yeni modifikasiyaların bazasında müasir yüksək dəqiqlikli sursatlar hazırlanması sahəsində əməkdaşlıq etməsi 2017-ci ildən məlumdur. "Leonardo"nun artıq bir neçə yeni məhsulun seriya istehsalına başladığı bildirilir. Şirkət 127 mm və 155 mm-lik toplar üçün "Vulkano" ailəsinin uzaqmənzilli və idarəolunan sursatlarının istehsalını da həyata keçirməyə hazırdır.

İtaliya və Almaniya ilə yanaşı, Hollandiya da "Vulcano" mərmi proqramında müşahidəçi statusuna malikdir. Cənubi Koreya və Avstraliya da daxil olmaqla bir sıra digər potensial müştərilər İtaliya-Almaniya sursatlarını satın alıb.

Keçən ilin sonunda Slovakiyanın "Konstrukta-Defence" şirkəti, "Leonardo" ilə "Vulcano" sursatlarının 155 mm-lik 52 kalibr uzunluğundakı "Zuzana 2" artilleriya sistemləri ilə inteqrasiyası haqqında müqavilə imzaladı.

2018-ci ilin oktyabrın əvvəlində Cənubi Koreya donanması öz dəniz gücünü təkmilləşdirmək məqsədilə "Leonardo" şirkətindən ümumilikdə 20 helikopterin alınmasına qərar verdi.

Keçən ilin oktyar ayının 10-da "Thales" və "Leonardo" tərəfindən birgə istehsal edilən raket xəbərdarlıq və mühafizə sistemi İsveç Müdafiə Məhsulları İdarəsi tərəfindən təşkil edilən sınaqlarda yüksək effektivlik nümayiş etdirdi.

9 gün sonra, oktyabrın 19-da Portuqaliya Müdafiə Nazirliyinin köhnəlməkdə olan eskadrilyasını yeniləmək məqsədilə "Leonardo" şirkətindən beş ədəd AW119KX helikopteri üçün 23 milyon dollarlıq kontrakt imzalaladığı məlum oldu.

2019-ci ilin yanvarında Böyük Britaniya ilə "Leonardo" kompaniyası arasında, Böyük Britaniyanın Kral HHQ-sinə məxsus "Apache" hücum helikopter eskadriliyasını (2024-cü ilin mart ayında xidmətdən çıxarılana qədər) təmir-bərpa və digər servis məsələlərində dəstəkləmə barədə qərar qəbul edilib.

Dəniz nəzarət və idarəetmə sistemləri bazarının qarşıdakı 4 il ərzində orta hesabla illik 5.56 faiz artım dinamikası nümayiş etdirərək 12 milyarddan 15 milyard dolları çatması fonunda, bu bazarın başlıca oyunçuları olan "Thales", "Saab" və "Leonardo" şirkətləri arasında ciddi rəqabət mövcuddur.

Almaniya Müdafiə Nazirliyi 85 ədəd "Tornado" qırıcılarını əvəzlənməsini 2025-ci ilədək tamamlamaq fikrindədir. Onları əvəz edəcək qırıcılarda əsas diqqət, onların nüvə bombalarını daşıya bilmə bacarıqlarına yönəldiləcək. Almaniya əsas nüvə güclərindən olmasa da, NATO-nun nüvə paylaşımı siyasəti çərçivəsində ABŞ nüvə başlıqlarına ev sahibliyi edir. Bu layihədə də "Leonardo"nun yer alacağı şübhəsizdir.

Hərbi və müdafiə sənayesində müxtəlif növ robot sistemlərə marağın artması və bu bazarının dövriyyəsinin 2025-ci ildə 221.7 milyard dollara yüksələcəyi fonunda "Leonardo"nun kənarda qalacağını düşünmək doğru olmazdı. Şirkətin fəaliyyət dinamikası zəngin olduğu üçün sadalanması üzün müddət ala bilər. Ümumilikdə "Leonardo"nun həm Asiyada, həm Avropada kifayət qədər silah bazarına nəzarət etdiyi şübhəsizdir.

Azərbaycanın "Leonardo" ilə hərbi sahədə əməkdaşlığı

"Leonardo" şirkəti ilə Azərbaycanın güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi fonunda ən ciddi məsələlərdən biri Azərbaycan HHQ ilə M-346 təlim-döyüş təyyarələrinin alınması ilə bağlı idi. M346 təlim döyüş təyyarəsi İtaliyanın "Leonardo" kompaniyası tərəfindən hazırlanıb və 2015-ci ildə isə istismara verilib.

"Leonardo" şirkəti ilə danışıqlar çərçivəsində azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçiriblər. Sonra isə bu təyyarələrdən bir neçəsi Azərbaycan səmasında göründü.

Bu təlim döyüş təyyarələri öz texniki-uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onların qənaətcil və daha yüksək sürətə malik olması əsas üstün keyfiyyətlərdən biri hesab edilir. Bəzən M-346 təyyarələrini qənaətcil və daha yüksək sürətə malik olduğuna görə öz sinifinin "səma Ferrari"si də adlandırırlar.

M-346 İtaliyanın hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-döyüş təyyarəsidir. Əvvəllər Rusiyanın "Yakovlev" şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra İtaliya şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başladı.

Azərbaycan da bu təyyarələri əldə etmək məqsədi ilə lazımi tədbirləri həyata keçirib. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan HHQ bu təyyarələrdən 24 ədəd əldə etmək niyyətindədir, onlardan artıq 12 ədədinin Bakıya gətirildiyi ehtimal edilsə də, bu məlumatlar nə Azərbaycan, nə də şirkət rəhbərliyi tərəfindən təsdiq edilməyib.

Təyyarə ən müasir inteqrasiya edilən təlim sistemi ilə təchiz olunub. M-346 modeli ikimühərrikli, oturacaqları ardıcıl yerləşdirilən, müasir, yeni nəsil reaktiv təlim-məşq təyyarəsi olub, yeni nəsil döyüş təyyarələrində uçuşlar həyata keçirən pilotların bilik, bacarıq və vərdişlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Təyyarə birinci dərəcəli təlim-məşq imkanı ilə bərabər aşağı istismar məsrəfləri də təklif edir. Bu xüsusiyyətlər, gənc pilotların müasir qırıcıların istismarında yetişdirilməsi prosesində də mühüm bir element kimi dəyərləndirilir. Bu təlim döyüş təyyarələri öz texniki-uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür.

Taktiki-texniki xüsusiyyətləri:

Ekipaj - 2 nəfər;
Uzunluğu - 11.49 m;
Qanad uzunluğu - 9.72 m;
Hündürlüyü - 4.76 m;
Qanadının sahəsi - 23.52 m²;
Boş çəkisi - 4610 kq;
Yüklü çəkisi - 6700 kq;
Maksimum qalxma çəkisi - 9500 kq;
Mühərriki - 2×Honeywell F124-GA-200 (hər birinin itələmə gücü 28 kN).

Uçuş göstəriciləri:

Maksimal sürət - 1059 km/s;
Uçuş məsafəsi - 1981 km;
Maksimal uçuş məsafəsi - 2722 km (3 ehtiyat yanacaq çəni ilə);
Maksimal uçuş hündürlüyü - 13716 m;
Yüksəkliyə qalxma sürəti - 6705 m/dəq;
Çəkmə gücünün kütləyə nisbəti - 0.84.

Silahlanması

M-346 təyyarəsi malik olduğu 9 ədəd xarici asqıda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər. İstehsal prosesində kompozit materiallara üstünlük verilir. Kabinin oksigen təminatı OBOGS generatoru vasitəsilə təmin edilir.

Təyyarənin avionikasına iki ədəd radiostansiya, rəqəmsal xəritə displeyi, 3 ədəd 5x5 düyümlük çoxfunksiyalı LCD displey, səsli komanda radiosu, GPS, ətalətli naviqasia sistemi, EGİR hündürlük ölçmə vasitələri, SOS xəbərdarlıq sistemi və s. kimi avadanlıqlar daxildir. Hər bir təyyarə təxminən 20 milyon ABŞ dolları dəyərindədir.

Xatırladım ki, İtaliyanın M-346 təlim döyüş təyyarələri, "Eurofighter" və ya F-35 kimi müasir qırıcılar üçün pilotların hazırlanmasında geniş istifadə edilir. Azərbaycan HHQ-nin də hazırda istifadəsində olan 36 ədəd L-29 və L-39 təyyarələrini gələcəkdə bu qırıcılarla dəyişmək məqsədilə ciddi diqqət göstərməsi səbəsiz deyil. Bildiyimiz kimi, "Albatros" tipli təyyarələr pilotların 4++ və ya 5-ci nəsil qırıcıları idarə etməsi üçün təlim təyyarəsi rolunu tam ifa edə bilmir. Buna görə də, Azərbaycan HHQ üçün İtaliyadan M-346 və Pakistandan "Super Mushshak" təlim-məşq təyyarəsi alınmasına qərar verildi.

Hələ keçən ilin oktyabrında Ordu.az bu qərar çərçivəsində, gələcəkdə rəsmi Bakının yeni nəsil qırıcılar əldə edəcəyi barədə addımlar ata biləcəyini irəli sürmüşdü. Sonradan bu ehtimallar özünü doğrultdu və Azərbaycanın 4++ nəsilə aid yüksək texniki-uçuş xüsusiyyətlərinə malik JF-17 qırıcılarını Pakistandan əldə etməsi təsdiqləndi. Həqiqətdə də aviasiya parkının 15-20 ildən bir yenilənməsi həm hava məkanımızın, həm infrastrukturun, həm vətəndaşlarımızın, həm də hazırlığı milyon dollarla vəsait tələb edən pilotlarımızın təhlükəsizliyi baxımından çox vacibdir.

Azərbaycanın seçdiyi aviasiya vasitələri istehsal edildiyi gündən bəri bir dəfə də olsun qəza keçirməyən azsaylı təyyarələrdən biridir. Belə bir göstərici onların yüksək keyfiyyətindən xəbər verir. Hazırda bu təyyarələrdən 30 ədədi İsraildə, 18 ədədi İtaliyada, 12 ədədi Sinqapurda, 8 ədədi isə Polşada intensiv şəkildə istismar edilir. Tailand da bu təyyarələri əldə etməyə çalışan dövlətlər sırasındadır.

Bu təyyarələrin 30 ədədinin İsrailə satılması barədə müqavilə şirkətin istehsal etdiyi məhsullarının yüksək texnoloji səviyyəsindən xəbər verir. İsrail Ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən, ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur. 70 ildir ki, ardıcıl müharibə şəraitində olan İsrail "Leonardo" istehsalı təyyarəyə üstünlük veribsə, deməli ondan üstün ola biləcək digər vasitə tapa bilməyib.

Qeyd etmək vacibdir ki, rəsmi Bakı Mərkəzi Asiyada və Qafqazda "Leonardo"nun ən yaxın tərəfdaşıdır. Yaxın gələcəkdə müəyyən məhdudlaşdırıcı prosedurların aradan qaldırılmasından sonra şirkətin Azərbaycanda servis xidmətinin və ya filialının açılması mümkünlüyü nəzərdən keçirilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İtaliya-Azərbaycan   Leonardo   M-346  

Azərbaycan-İtaliya hərbi əməkdaşlığında "Leonardo" amili – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/03/Bieli-1552293846.jpg
Oxunub: 2570     16:54     11 Mart 2019    