Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar partiyasının sədr müavini, erməni parlamentinin xarici münasibətlər daimi komissiyasının sabiq sədri Armen Aşotyan bildirib.
“İlkin şərt olmadan nizamlama haqqında danışarkən, Qarabağ (qondarma qurum-red.) cəlb edilmədən, Ermənistan-Azərbaycan formatını nəzərdə tutublar”, - deyə Aşotyan bildirib.
Eyni zamanda Aşotyan qeyd edib ki, qarşıda İlham Əliyevlə gözlənilən görüşdə Paşinyan dediyi sözləri, yəni Qarabağı (qondarma qurum-red.) danışıqlar masasına qaytarmağı yerinə yetirməyə cəhd edəcək.
“Digər tərəfdən Paşinyan, ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Ermənistan ucbatından danışıqlar prosesinin fəallaşması və iflic edilməsi təsəvvürü yaratmamalıdır. Əgər Paşinyan ikinci ssenari üzrə hərəkət edərsə, Azərbaycanın mümkün hərbi əməliyyatları beynəlxalq aləmin bir hissəsində özünə haqq qazandıra biləcəyinə dair, böyük təhlükə olacaq”, - deyə sabiq itidar nümayəndəsi olan Aşotyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az