Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələri məsələləri üzrə ekspert Stanislav Tarasov bildirib.

O qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupu ikinci plana sıxışdırılıb.
"Bunu guya ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə hər iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən 4 görüş də sübut edir. Xarici İşlər nazirləri görüşüb, razılıq əldə etdikdən sonra ATƏT-in Minsk qrupu nəticələri formalaşdırmağa çalışır", - deyə o vurğulayıb.
O, daha öncə ATƏT-in Minsk qrupunun hər hansı təklif, plan, ssenari ilə çıxış etdiyini, tərəflərin isə bunu qəbul və ya inkar etdiklərini xatırladıb.
Tarasov, həmçinin Azərbaycan prezidenti və Ermənistan Baş nazirinin Düşənbədə, Sankt Peterburqda və Davosda baş tutan 3 şəxsi görüşlərinin də ATƏT-in Minsk qrupu formatından kənar baş tutmasını öz fikirlərinə sübut olaraq misal çəkir.
Onun fikrincə, iki ölkə liderləri arasında baş tutan Düşənbə görüşü əməli nəticə verdi, cəbhədə gərginlik azaldı və əməliyyat əlaqəsi yarandı. Lakin Tarasov, bu əməli işin ATƏT-in Minsk qrupunun ölkə rəhbərlərinin görüşünün təşkil edilməsi məqsədilə bölgəyə səfərinin anons edilməsindən sonra dağıldığına diqqət çəkib.
"Əgər Əliyevlə Paşinyan öz arasında daha bir görüş barədə razılıq əldə edə bilirsə, burada ATƏT-in Minsk qrupunun hansı rolu qalır deyə sual yaranır. Həmçinin əgər onların növbəti görüşə hazır olmasını bəyan etmələri, hər hansısa işgüzar layihənin mövcud olmasından xəbər verir. Bu açıq aydın məlumdur", - deyə Tarasov qeyd edib.
Tarasov bildiri ki, Azərbaycanın öz mövqeyində dəyişməz qaldığı bir məqamda və keçmiş Ermənistan iqtidarını Qarabağ məsələsi də daxil olmaqla fəaliyyətinə görə tənqid edən, indiki inqilabla hakimiyyətə gələn Ermənistan iqtidarı Qarabağ məsələsinin nizamlanmasında öz yanaşmasını açıqlamalıdır.
"Lakin erməni tərəfi bunu etmir və əlavə olaraq ATƏT-in Minsk qrupunun əvvəlki danışıqlar formatına qayıdıb. Belə bir təsəvvür yaranır ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsində öz ssenarisini hazırlamayıb", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az