Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Vaşinqtondadır

2019/03/34534-1551937862.jpg
Oxunub: 17959     09:50     07 Mart 2019    
Martın 5-dən 7-dək Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti intizamın gücləndirilməsi üzrə illik forumda iştirak etmək üçün Vaşinqtona səfər edib.

Ordu.az erməni KİV-lərijnə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Müdafiə nazirinin müavini Qabriel Balayan və İnsan Hüquqları və İntizam Mərkəzinin rəhbəri polkovnik Aleksandr Avetisyan daxildir.

Forumda 32 ölkə və beynəlxalq təşkilatların 150-dən çox nümayəndəsi iştirak edir. Forumda NATO ölkələri ilə tərəfdaşlar arasında intizam məsələlərinə dair əməkdaşlıq müzakirə edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   ABŞ  


Bizi "telegram"da izləyin