Ordu.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Döyüş bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Təntənəli mərasimdə çıxış edənlər xalqımızın əziz bayramı olan Novruz ənənələrinin qorunması və yaşamasının xalqımızın və dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi ən yüksək qiymətin bariz nümunəsi olduğunu xüsusi vurğulayıblar.
Tədbir Universitetinin Musiqi sənəti fakültəsinin müəllim və tələbə heyətinin hərbi qulluqçular qarşısında konsert proqramı ilə davam edib.
Ordu.az