Əfqanıstanda aeroport yaxınlığında hücum: Ölənlər var

2019/03/43_15-1551855358.jpg
Oxunub: 13465     10:55     06 Mart 2019    
Əfqanıstanda bir qrup silahlı ölkənin şərqindəki Nəngərhar vilayətinin Cəlalabad şəhərindəki aeroportun yaxınlığında yerləşən özəl inşaat şirkətinin ofisinə hücum edib.

Ordu.az Əfqan KİV-lərinə istinadən xəbər verir ki, səlahiyyətli şəxslər hücuma məruz qalan şirkətin hava limanında tikinti işləri apardığını bildiriblər.

Məlumatına görə, 2 kamikadze özünü partladıb, 2 silahlını isə Təhlükəsizlik Qüvvələri məhv edib. Eyni zamanda, tikinti şirkətinin 3 əməkdaşı ölüb, 6 nəfər dinc sakin yaralanıb.

Hadisə yerinə əlavə qüvvələr göndərilib, toqquşmalar davam edir.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Ölüm   Partlayış   TQ  


Bizi "telegram"da izləyin