Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Armen Xaçatryan parlamentin tribunasından çıxış edərkən bildirib.
O qeyd edib ki, hazırkı vəziyyətə olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınan 10 min erməni gəncin axtarışda olması barədə faktlar mövcuddur. Bunlardan 3200 nəfər 27-35 yaş arasında olanlardır.
Xaçatryan, deputatları bu layihənin lehinə səs verməyə çağırmaqla, qısa xülasə təqdim edib.
"2016-2017-ci illər ərzində bu kateqoriyadan olan 625 şəxs Ermənistana qayıdıb və müvafiq qaydada təyin olunan 795 milyon dram vəsait ödənişi həyata keçirilib. Lakin bu layihə, problemi təmamilə həll etmir. Daha geniş hərtərəfli həll sistemi tapılmalıdır. Elə bir həll sistemi lazımdır ki, bu kimi cinayətlərin qarşısını alsın və Ermənistana geri dönüşü təşviq etsin", - deyə o fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az