Beyləqanda yerləşən “N” nömrəli hərbi hissənin yaranması münasibətilə tədbir keçirilib - FOTOLAR

2019/03/53364-1551708178.jpg
Oxunub: 3157     17:59     04 Mart 2019    
Beyləqan rayonunda yerləşən “N” nömrəli hərbi hissənin yaranmasının 27-ci illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə general-mayor Mayis Bərxudarov, Xocavənd rayon icra baçşısı Eyvaz Hüseynov, Beyləqan rayon prokuroru Azər Osmanov, Beyləqan Hərbi Prokuroru Natiq Həsənov, müharibə veteranları, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

Bədii hissədə Gəncə Qarnizonu Zabitlər Evinin Kollektivi və Füzuli rayon Dram Teatrının kollektivi çıxış edib.

Xatırladaq ki, hərbi hissə 3 mart 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılıb. Hərbi hissə yarandığı ilk gündən Vətənə və Azərbaycan xalqına sadiq olaraq qarşısına qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, döyüş və ictimai-siyasi hazırlıqda, hərbi intizamın möhkəmləndirilməsində uğurlar qazanıb.

Belə ki, hərbi hissə 20-25 aprel 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Füzuli döyüş bölgəsinə ezam olunub. Hərbi hissə “Qırmızı Bazar”, “Məlikcan”, “Şişqaya”, “Qızılqaya”, “Uryandağ” döyüşlərində torpaqlarımızın müdafiəsində iştirak edib.

1993-cü ilin dekabrında hücuma keçərək Yağlıvənd, Böyük Bəhmənli, Kərimbəyli, Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Aşağı Kürdmahmudlu, Aşağı Alxanlı, Yuxarı Alxanlı, Seyidəhmədli, Şükürbəyli, Aşağı Əbdülrəhmanlı, Çocuq Mərcanlı və Horadiz yaşayış məntəqələrini azad edib.

Atəşkəs elan olunduqdan sonra 2009-cu il 16 fevral tarixinədək müdafiə döyüş tapşırıqlarını yerinə yetirib. Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısının alınmasında, düşmənə qarşı igidlik nümunələri göstərib. Bu gün də Azərbaycan ordusunun hərbi hissələri arasında öz layiqli yerini tutur.

Döyüş əməliyyatları zamanı hərbi hissənin bir sıra hərbi qulluqçuları mükafatlarla və medallarla təltif olunub.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Beyləqan   Tədbir   MN  

Beyləqanda yerləşən “N” nömrəli hərbi hissənin yaranması münasibətilə tədbir keçirilib - FOTOLAR

2019/03/53364-1551708178.jpg
Oxunub: 3158     17:59     04 Mart 2019    