Skautlar Assosasiyası və MN-in təşkilatçılığı ilə hərbi hissədə tədbir keçirilib - FOTOLAR

2019/03/53309-1551704244.jpg
Oxunub: 2536     16:54     04 Mart 2019    
Azərbaycan Skautlar Assosasiyasının təşəbbüsü və Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən ordu birliyinin təşkilatçılığı ilə Füzuli rayonunda yerləşən "N" nömrəli hərbi hissədə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Gürcüstan və Serbiya respublikalarının 100-ə yaxın Skautlar Assosasiyasının üzvləri iştirak edib.

Tədbir Xocalı faciəsində həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir iştrakçılarına Xocalı soyqırımına həsr olunmuş videoçarx təqdim olunduqdan sonra, qonaqlara Füzuli Dövlət Dram teatrının hazırladığı bədii kompozisiya təqdim olunub.

Daha sonra Xocalı soyqırımı şəhidlərinin xatirəsinə hərbi hissənin ərazisində və 2016-cı ilin aprel döyüşləri zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Sakautlar və əsgərlər tərəfindən 200-ə yaxın müxtəlif növ ağaclar əkilib.

Tədbir Skautların əsgərlərlə birgə naharı ilə başa çatıb.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: SkautlarAssosasiyası   MN  


Bizi "telegram"da izləyin