İstanbulda “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub

2019/03/f7fef-1551503563.jpg
Oxunub: 1013     09:13     02 Mart 2019    
Türkiyə Respublikası Baş Qərargahının İstanbuldakı “Askeri Müze ve Kültür Sitesi Komutanlığı”nda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəşri olan “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub.

Ordu.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, layihənin müəllifi və tərtibçi-redaktoru - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təqdimat mərasimində iştirak edib.

Tədbirdə Askeri Müze ve Kültür Sitesi komutanı polkovnik Tahir Savran, “Türkiyə Şəhidlərini Anır” proqramının mətn yazarı və aparıcısı polkovnik Erhan Altunok və məşhur "Mehteran” tarixi hərbi musiqi birliyinin rəhbərləri və üzvləri iştirak ediblər.

"Mehteran” tarixi hərbi musiqi birliyinin rəhbəri polkovnik Metin Kazqan çıxış edərək ötən ilin sentyabr ayında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradın xoş təəssüratlarını hələ də unutmadıqlarını, paytaxt Bakının gözəlliklərinə, tərəqqi və inkişafına valeh qaldıqlarını, Azərbaycan Ordusunun mətin əsgərləri ilə görüşdüklərini və onların qələbə əzmi, böyük vətənpərvərlik hissi ilə yaşadıqlarını xatırlayıb.

M.Kazqan qeyd edib ki, dünyanın bir çox ölkələrinə, şəhərlərinə səfər etsək də, Azərbaycan kimi gözəl bir ölkə, azərbaycanlılar kimi qonaqpərvər, istiqanlı, mehriban və səmimi bir xalqla qarşılaşmamışıq. Bakı xatirələrimiz tükənməzdir, unudulmazdır. Hər iki qardaş dövlətin başçısının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradın fəxri kürsüsündə bir yerdə dayanması və eyni dildə parad iştirakçılarını birlikdə salamlaması, eyni zamanda, Azərbaycan və Türkiyə hərbiçilərinin Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində 100 il sonra da paytaxt Bakıda yanaşı nizami sıralarla irəliləməsi tarixi hadisədir və bu dostlarımızı sevindirdi, düşmənlərimizi isə xar etdi. Biz Azadlıq meydanında Azərbaycan “Ordu marşı”nı və əski türk hərbi marşlarını böyük fəxrlə ifa etdik. Həmin gün Bakının hər yerində sevinci və kədəri bir olan Azərbaycan və Türkiyənin dövlət bayraqları qürurla dalğalanırdı.

Bakı paradına həsr olunmuş “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomunu tədbir iştirakçılarına təqdim edən polkovnik Metin Kazqan çıxışına davam edərək daha sonra nəzərə çatdırıb ki, bu nəşr Türkiyə və Azərbaycan xalqlarının müştərək Zəfər bayramı olan möhtəşəm bir təntənəni özündə əks etdirən qiymətli topludur. O, bu nəşri reallaşdıran Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, şəxsən general-polkovnik Zakir Həsənova və layihə müəllifinə minnətdarlıqlarını bildirib.

Polkovnik Tahir Savran ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçısı ilə Naxçıvan Muxtar Respublikasında olduğu günləri xatırlayaraq deyib: “O vaxtlar Azərbaycanda, xüsusən də Naxçıvanda vəziyyət gərgin idi. Bir tərəfdən ermənilərin şəhər və kəndləri atəşə tutması, bir tərəfdən sərt soyuqlar və mühasirəyə alınmış Naxçıvan əhalisinin ərzaq qıtlığı ilə sınağa çəkilməsi yerli əhalini heç ruhdan salmır, onlar doğma diyarı qanları, canları bahasına müdafiə edirdilər. Allah bu müdhiş zamanlarda Heydər Əliyevi sanki naxçıvanlılara xilaskar olaraq göndərmişdi. Ötən illər hədər getməyib və artıq Naxçıvanın ağır günləri geridə qalıb. Naxçıvan dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş buradakı Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın və naxçıvanlıların təhlükəsizliyinin keşiyində mərdliklə dayanıb”.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını yada salan polkovnik T.Savran təqdim edilən kitab-albomun həqiqətən də Azərbaycan və Türkiyə xalqlarının, ordularının dost və qardaşlığının təntənəsinin tərənnümü olduğunu təsdiqləyərək nəfis şəkildə çap olunmuş bu nəşr nümunəsinin muzeylərində ən qiymətli eksponat kimi nümayiş etdiriləcəyini qeyd edib.

Polkovnik Erhan Altunok isə çıxışında vurğulayıb ki, Azərbaycan xalqının və ordusunun hər bir uğuru bizi də sevindirir. Son illərdə Azərbaycan əsgərinin qazandığı Aprel zəfəri və Naxçıvanda 11 min hektardan çox ərazinin nəzarətə götürülməsi, Günnüt kəndinin düşmən işğalından azad edilməsi, Lələtəpə, Qızılqaya, Talış zirvələrində Azərbaycan bayrağının ucaldılması hər bir türk vətəndaşını da hədsiz dərəcədə qürurlandırdı. Biz inanırıq ki, qardaş ölkənin dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində və gündən-günə daha da möhkəmlənən Azərbaycan Ordusunun güc və qüdrətiylə cənnət Qarabağımız da tezliklə işğaldan azad edilərək can Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.

E.Altunok görkəmli Azərbaycan şairləri Səməd Vurğun, Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr söyləməklə çıxışını yekunlaşdırıb və bu kitab-albomun nəşrini yüksək qiymətləndirib.
Layihənin müəllifi, tərtibçi-redaktor Abdulla Qurbani mərasim iştirakçılarını salamlayaraq həmin kitab-albomun ilk nüsxələrini paradda fəal iştirak etmiş və azərbaycanlıların da böyük rəğbətini qazanmış məşhur “Mehteran”ın üzvlərinə hədiyyə edib.

Askeri Müze ve Kültür Sitesi komutanı polkovnik Tahir Savran bu tarixi missiyanın həyata keçirilməsində xüsusi xidmətlərinə görə layihənin müəllifinə minnətdarlıq edib və A.Qurbanini qiymətli hədiyyə ilə mükafatlandırıb.

Təqdimat mərasimi “Mehteran”ın ifasında “Çırpınırdın qara dəniz” mahnı, Azərbaycan və Türk hərbi marşları ilə başa çatıb.

Sonra A.Qurbani muzeyin ekspozisiyası ilə tanış olub, vaxtilə Mustafa Kamal paşa Atatürkün təhsil aldığı sinif otağında şəkil çəkdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MN   Türkiyə-Azərbaycan  

İstanbulda “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub

2019/03/f7fef-1551503563.jpg
Oxunub: 1014     09:13     02 Mart 2019    