Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində, strateji Lələtəpədə yüksəkliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətə görə Azərbaycan respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülən Şükür Həmidov haqqında film çəkilib.
Ordu.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Salnamə kino studiyasının ərsəyə gətirdiyi ekran əsəri qəhrəmanın həyat və döyüş yolundan bəhs edir.
Bakı şəhər Nizami kinoteatrında təşkil edilmiş təqdimat mərasimində hərbi təhsil ocaqlarının kursantları, qəhrəmanın silahdaşları, ölkə ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib.
Mərasimdə çıxış edənlər şanlı Azərbaycan Ordusunun inkişaf yoluna nəzər salıblar.
Sonra film tamaşaçılara təqdim edilib.

Elgün Gəncimsoy
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Şükür-Həmidov
Film
Lələtəpə