Ordu.az xəbər verir ki, bunu, öz “Facebook” səhifəsində Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan yazıb.
O, aşağıdakıları qeyd edib:
“1. Moskvada Avrasiya iqtisadi əməkdaşlıq təşkilatının sədrliyini qəbul edərkən və Ermənistanın AİƏT qurumuna üzv olması haqqında danışarkən, Nikol Paşinyan faktiki olaraq, bu üzvlüyü səhv addım kimi xarakterizə edib. Aşkarcasına, şüurlu şəkildə səsləndirilmiş bu dəyərləndirmədə, onun idarəetməsi dövründə erməni-rus münasibətlərində yaranan problemlər tam çılpaqlığı ilə üzə çıxır. Bu barədə biz aylardır danışırıq, cavabında isə təbliğat xarakterli bu münasibətlərin heç bir zaman olmadığı qədər daha yaxşı və möhkəm olduğunu eşidirik.
2. İŞİD-in yaradılmasını Obamanın hakimiyyəti dövründə İraqdan ABŞ qoşunlarını çıxarması ilə əlaqələndirmək geosiyasi və bölgənin inkişaf proseslərindən heç bir şey bilməmək və başa düşməmək anlamına gəlir.
3. Düşənbə görüşündən dərhal sonra canlı yayımda görüşün nəticələrini təqdim edən Nikol Paşinyanı, danışıqların etikadan kənar və gizliliyindən danışan yeni Nikol Paşinyan əvəz edib.
Ermənistan cəmiyyəti artıq ikinci görüş barədə (Sankt-Peterburq və Davos) xarici mətbuat mənbələrindən məlumat alır. Növbəti dəfə əmin oluram ki, Nikol Paşinyan sadəcə daxili qulluq Baş naziridir və ölkəni təmsil etmək bacarıqlarını hələ də əldə edə bilməyib”.
Alpər Mövludoğlu
Ordu.az