Bu barədə
Ordu.az -ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sosial şəbəkələrdə xeyli müddət əvvəl yayılmış və indi də növbəti dəfə ortalığa atılan guya “tam məxfi” qrifli sənəddə Azərbaycan Ordusunun aprel hadisələrində verdiyi itkilər barədə göstərilən rəqəmlər həqiqətə uyğun deyil, yalandır və təxribatdan başqa bir şey deyil.
Yayılan kağız parçasındakı çoxsaylı qrammatik səhvlər, məktubun hazırlanması üslubundakı kobud xətalar, yazının stilistikası və nəhayət istifadə olunmuş blankın qəbul olunmuş forma standartlarına uyğun olmaması onun saxta olduğunu sübut edir və düşmən tərəfinin elementar naşılığından xəbər verir.
Qeyd edək ki, 2016-cı ilin aprel döyüşləri zamanı elə Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə özləri 500 nəfərədək itki verib.
Ordu.az