Ordu.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidmətindən məlumat yayılıb.
Hesabat dövründə Ermənistan Mərkəzi Hərbi Prokurorluğunun dövlət maraqlarının müdafiəsi şöbəsi və qarnizon bölmələri tərəfindən 391 araşdırma həyata keçirilib. Bu araşdırmalar zamanı 287 hal üzrə və ya bütün halların 73%-i ilə bağlı qanun pozuntuları aşkarlanıb. Dəymiş əmlak ziyanının həcmi 2 milyard 62 milyon 426 min 795 dram təşkil edib. Müqayisə üçün qeyd edək 2017-ci ildə dəymiş ziyanın həcmi 1 milyard 805 milyon 202 min 342 dram olub. 2018-ci il ərzində 679 milyon 995 min 540 dram bərpa olunaraq büdcəyə qaytarılıb. Bu rəqəm 2017-ci il göstəricisi ilə müqayisədə 2-3 dəfə çoxdur.
Həyata keçirilən araşdırmaların nəticələri əsasında hesabat dövründə Ermənistanın cinayət məcəlləsinin müxtəlif maddələri üzrə 58 cinayət işi açılıb. Yalnız Mərkəzi Hərbi Prokurorluğun dövlət maraqlarının müdafiəsi şöbəsi tərəfindən hesabat dövründə həyata keçirilən 43 araşdırma nəticəsində qeydə alınan 42 qanun pozuntusu üzrə (2017-ci ildə 21 hal) dövlət əmlakına dəymiş ziyanın həcmi 1 milyard 803 milyon 945 min 459 dram təşkil edib. Bu, aşkar edilən dəymiş ziyanın 90%-ni təşkil edir. Dəymiş ziyanın həcmindən 508 milyon 459 min 12 dram bərpa olunmaqla bu vəsaitin həcmi 86% təşkil edib.
Bildirilib ki, 2018-ci ildə həyata keçirilən fəaliyyətin nəticələrinin yekununun təhlili davam edir və bunun nəticələri tədricən açıqlanacaq.
Alpər Mövludoğlu
Ordu.az