Bu barədə
Ordu.az-a Mixail Saakaşvili hökumətində sabiq Müdafiə naziri olmuş Dmitri Şaşkin 2019-cu ilin yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni seperatçısı Mixail Avaqyana abidə qoyulmasına şərh edəkən bildirib.
Onun sözlərinə görə, Buqaşen kəndində baş verənlər heç kimə faydalı deyil və abidənin qoyulması Azərbaycan və Gürcüstan arasındakı əlaqələri mürəkkəbləşdirəcək.
“Qarabağ münaqişəsinin başlanğıcından etibarən Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyan düzgün mövqeyə sadiq olub. Tiflisin bu mövqeyi İrəvanda anlaşma ilə qarşılanırdı. Təəssüf ki, konkret olaraq Axalkalaki regionunda cəzasızlıq siyasəti hökumət tərəfindən təcili olaraq düzəldilməli olan çox ciddi bir səhvin baş verməsinə gətirib çıxardı”, - deyə D.Şaşkin qeyd edib.
Xatırladaq ki, bununla əlaqədar rəsmi Bakı Tiflisə etirazını bildirib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ikitərəfli strateji münasibətlərin ruhuna uyğun olmayan bu faktın aradan qaldırılması üçün təcili tədbirlər görmək tələb olunub.
Bəhram Batıyev
Ordu.az