Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda nüfuzlu "Jamanak" nəşri yazıb.
Nəşrə görə, xüsusilə, Fransa hərəkatının nümunəsilə Ermənistandakı "sarı gödəkçəlilər" sosial problemlər, təhsil və səhiyyə ilə bağlı, o cümlədən ölkədə ədalətin bərpasına qarşı tələblərlə çıxış edəcəklər.
Məlumata görə, hazırda hərəkata hazırlıq işləri gedir. Hərəkatın nümayəndələri müxtəlif işçilərlə görüşürlər və onlarla əməkdaşlıq etməyi təklif edirlər.
Hərəkatın rəhbərinin kim olacağı hələki məlum deyil.
Alpər Mövludoğlu
Ordu.az