Ordu.az xəbər verir ki, bu fikirləri Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla Səud bin Xudeyr bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə səsləndirib.
Diplomatı yeni təyinatı ilə bağlı təbrik edən nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.
Öz növbəsində səfir də bu məsələdə ölkəsinin daim Azərbaycanın yanında olacağını ifadə edib və iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az